Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Naxçıvan Ali Məclisinə əlavə seçkilər təyin edilib

Naxçıvan Ali Məclisinə əlavə seçkilər təyin edilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə əlavə seçkilər təyin edilib.

APA-nın məlumatına görə, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən 45 saylı Aza seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə avqustun 6-na əlavə seçkilər təyin edilib.

Qeyd edək ki, 1 noyabr parlament seçkilərində 45 saylı Aza Seçki Dairəsindən İlhamə Mustafayeva Naxçıvan Ali Məclisinə deputat seçilmişdi.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın