Ana səhifə / Sosial / “Müsavatdan tezliklə xeyli ziyalı istefa verəcək”

“Müsavatdan tezliklə xeyli ziyalı istefa verəcək”

Yaxın zamanlarda intellekti ilə fərqlənən xeyli ziyalı Müsavat Partiyasından istefa verəcək. Bunu Modern.az saytına Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) idarə heyətinin üzvü, keçmiş müsavatçı Səxavət Əlisoy deyib.

Onun sözlərinə görə, Arif Hacılının Müsavatının Məhəmməd Əmin Rəsulzadənin Müsavatına heç bir aidiyyəti yoxdur və ola da bilməz: “Mən indiki rəhbərliyin səmimiyyətinə inanmıram. Söhbət partiyada 10 və ya 20 nəfərin xaric olunmağından getmir. Onlar bu rəqəmi deməklə məsuliyyəti öz boyunlarından atmaq istəyirlər. Maraqlıdır ki, Müsavatın Divanının və yerli təşkilatların qərarı ilə kimlər partiyadan xaric olunub? Onlar siyasət üçün önəmli şəxslərdir. Onlar artıq Divan yox, rayon təşkilatlarının özəklərinin absurd ittihamları, guya ciddi nizamnamə pozuntusuna yol verdiklərinə görə partiyadan kənarlaşdırılıblar. Ellada xanım haqda verilən qərar bir daha sübut edir ki, , onların düşüncələrində problemlər var. Arif Hacılının qrupunun rəhbərlik etdiyi partiyada intellektual səviyyəsi olan insanların xüsusi çəkisi nə qədərdir? Bu sual onları çox ciddi narahat etməlidir. Onlar məntiqə söykənən, öz azad fikri olan, plüralizmə hörmətlə yanaşan insanları partiyadan çıxardırlar. Demək olar ki, Arif Hacılının yanında qeybət eləyənlər qalıb. Mən bildiyim qədəri ilə bu yaxınlarda partiyada intellekti ilə fərqlənən bir necə şəxs də istefa verəcək. Hələlik adları açıqlamaq istəmirəm. Bu gün partiyada onlarla ziyalı var ki, onlar Arif Hacılı ilə birgə fəaliyyət göstərmələrini, hətta öz şərəf və ləyaqətlərinə sıxışdırmırlar. Ən uzağı bu ilin sonuna kimi partiyada kimlərin qalacağını cəmiyyət açıq şəkildə görəcək. <p”>İndiki rəhbərlik partiya 600 nəfəri qəbul etdiklərini deyir. Elədirsə, buyurub heç olma 6 nəfərin adını ortaya qoysunlar. Daha qohum-əqrəbalarında da adam qalmayıb ki, partiyaya qəbul eləsinlər. Xüsusən də rayonlarda insanlara yalvarırlar ki, partiya üzv olsunlar. Onlar da bunu əllərində bayraq eləsinlər”.Səxavət Əlisoy Rövşən Dəmirlinin Müsavat Partiyasının dövlət qeydiyyatının ləğvi üçün Ədliyyə Nazirliyinə şikayət etməsində onların əlinin olmadığını deyib : Əslində Ədliyyə Nazirliyinə müraciət qurultaydan dərhal sonra olunmalı idi. Amma bəzi dostlarımız bunu müsavatçılıq abır-həyasına sıxışdırmadılar. Əslində isə həqiqətən də partiyada saxtakarlıq olmuşdu. Gərək vaxtında müraciət olunardı. Rövşən Dəmirli çox böyük absurd ittihamla partiyadan uzaqlaşdırılıb. Onun özü fikir sahibidir. Onun müraciət etməsində bizim heç bir qərarımız yoxdur. Rəhbərlikdə bu məsələ müraciət olunmayıb. O sərbəst şəkildə müraciət edib. Görünür ki, Rövşən Dəmirli daha ciddi dəlilərə və faktlara sahibdir. Yəqin ki, ADR-in toplantısında bu məsələ müzakirə olunacaq”. Sevinc Yasinqızı

Həmçinin oxuyun

Dondurma mövsümü başladı – Zəhərlənməmək üçün bunları bilmək vacibdir

Havaların isinməsi ilə əlaqədar ölkədəki mağazalarda dondurma satışında canlanma müşahidə edilir. Dondurma mövsümünün açılması isə …

Bir cavab yazın