Ana səhifə / Aktual / Təcili: Yanğında ölənlərin sayı 10 nəfərə, xəsarət alanlar 43 nəfərə çatdı – YENİLƏNİB

Təcili: Yanğında ölənlərin sayı 10 nəfərə, xəsarət alanlar 43 nəfərə çatdı – YENİLƏNİB

Bakı şəhərinin Binəqədi rayonunda yaşayış binasında baş verən yanğında ölənlərin sayı artıb.
Bu barədə “Report”a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.
O, deyib ki, hadisə zamanı ölənlərin sayı 10 nəfərə çatıb, xəsarət alanlar isə 43 nəfərdir: “Hazırda ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır”.
*****
14:11
Virtualaz.org saytı xəbər verir ki, FHN-in xilasediciləri vertolyotların köməyi ilə yanan binanın damına qalxıblar. Onlar yuxarı mərtəbələrdə sağ qalan sakinləri axtaracaqlar.
FHN xilasediciləri iki operativ qrupa bölünərək axtarışlarla məşğuldur. Onlardan biri aşağı, digəri isə yuxarı mərtəbələrdə axtarış aparır.
Yanğın isə hələ də davam edir. Binanın 8, 9 və 10-cu mərtəbələrindəki yanğını söndürmək hələ də mümkün olmayıb.
Bu arada yanğında ölənlərin sayı da artıb. Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Liliya Bayramova virtualaz.org saytına açıqlamasında ölənlərin sayının artıq 7-yə çatdığını deyib.
Onun sözlərinə görə, həmin şəxs Respublika Toksikologiya Mərkəzinə çatdırılan həmin şəxs qatı tüstüdən zəhərlənibmiş. Azyaşlı bir neçə dəqiqə əvvəl xəstəxanada keçinib.
L.Bayramova onu da bildirdi ki, daha 17 nəfər Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Onların vəziyyəti orta-ağırdır.
Daha bir nəfər isə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti haqda məlumat yoxdur. Daha 3 nəfər isə Travmatologiya Mərkəzinə yerləşdirilib.

 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın