Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Mirzə Xəzər Azərbaycanın xarici işlər nazirini sərt tənqid etdi

Mirzə Xəzər Azərbaycanın xarici işlər nazirini sərt tənqid etdi

ABŞ Senatının Maliyyə Komitəsinin Dağlıq Qarabağa maliyyə yardımı göstərilməsinə dair qərar qəbul etdi. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov nərə çəkib bəyan etdi ki, yalandır, ermənilər yalan danışıb.

Niyə, yoldaş Elmar? Naziri oxuyaq: “Orada yardım “victims to Nagorno Karabagh conflict” adı ilə ayrılıb. Yəni kim münaqişənin qurbanı olubsa, hamısına yardım olunacaq. Yəni yardım azərbaycanlılara da veriləcək. Ona görə də uydurma xəbərə inanmayın.”

İngilis dilində səlis danışan Məmmədyarov səhv edir. Əvvələn “victims to Nagorno Karabakh conflict” yox, ” “victims of the Nagorno Karabakh conflict”. Məsələnin mahiyyətinə gəldikdə, xahiş edirik Elmar Məmmədyarovun uydurmasına inanmayın. Yəni yardımın yalnız ermənilərə verilməsi başdan-ayağa həqiqətdir. ABŞ-ın Azərbaycandakı səfirliyi məsələyə aydınlıq gətirmişdir. Səfirliyin bəyanatında oxuyuruq: “ABŞ özünü “Dağlıq Qarabağ Respublikası” adlandıran qurumu tanımır. Senatın qərarına gəlincə isə qeyd etmək istərdik ki, ABŞ Qarabağda yaşayan insanlara 1998-ci ildən başlayaraq humanitar yardımlar ayırıb, lakin bura tanınmamış separatçı rejimə yardım daxil deyil”.
Gördünüz, Elmar yoldaş, Dağlıq Qarabağda yaşayan insanlara. Dağlıq Qarabağda isə məlumdur ki, ermənilərdən başqa heç kim yaşamır. Ana dilini bilməyən nazirə məsləhət veririk ki, gələn dəfə ağzından çıxanı qulağı eşitsin, insanları axmaq yerinə qoymasın. Yoxsa biabır olur. 22 ildir Vaşinqtonda milyonlarla dollar xərclənib, amma heç bir cüzi müvəffəqiyyət belə əldə edilməyib. Bu uğursuzluğu örtbasdır etmək üçün yalana əl atırlar. Gör səni kimlər idarə edir, Azərbaycan!
Mirzə Xəzər

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın