Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Manatın ucuzlaşması riski artır – ekspert

Manatın ucuzlaşması riski artır – ekspert

Ekspert: “Ölkədə iqtisadi qanunlar işləmir, banklar məmurlarındır, rəqabətli mühit yoxdur…”
Mərkəzi Bankın İdarə Heyətinin iyulun 13-dən uçot dərəcəsinin 3,5 faizdən 3 faizə endirilməsi barədə qərarı ekspertlər tərəfindən müxtəlif cür qiymətləndirilir. Ekspert Vüqar Bayramovun sözlərinə görə, bunu banklara jest kimi də qiymətləndirmək olar:

“Mərkəzi Bank uçot stavkasını endirdi. Bəs uçot dərəcəsinin 3,5 faizdən 3 faizə endirilməsi nəyi dəyişəcək? Əvvəla, sözügedən bankın istehlak kreditlərində komisyon haqlarının məhdudlaşdırılması ilə bağlı ötən həftəki addımından sonra faizlərin mərhələli azalacağı istisna edilmirdi. Komisyon haqlarının azaldılmasının banklarda kredit faizlərini artıracağı ilə bağlı fikirlərin olmasına rəğmən o zaman da qeyd etdiyimiz kimi, bu addım faizlərin tənzimlənməsinə hesablanmışdı.

Elə ”retail bankçılıqla” məşğul olan bir neçə bankın istehlak kreditləri üzrə faiz dərəcələrini artırdıqdan qısa müddət sonra əvvəlki səviyyəsinə qaytarması da məhz bundan xəbər verirdi. Bu baxımdan, Mərkəzi Bankın uçot stavkasının azaldılması ilə bağlı qərarını məhz məhdudlaşdırılan komisyon haqlarının sonra banklara jest kimi də dəyərləndirilə bilər”.

Ekspertin sözlərinə görə, uçot dərəcəsinin aşağı salınması kommersiya banklarına daha aşağı faizlə mərkəzləşdirilmiş kreditlərdən istifadə imkanı verəcək: “Bu isə xeyli ucuz vəsaitlər cəlb edən bankların daha aşağı faizli kredit təklif etməsinə gətirib çıxara bilər. Mərkəzi Bankın açıqlamasında bu sahədə ən mühüm fəaliyyət istiqamətlərindən biri bank xidmətlərinin ucuzlaşması, xüsusilə faiz dərəcələrinin enməsinin təşviq olunmasının xüsusi qeyd edilməsi də məhz bundan xəbər verir. Təbii ki, uçot stavkasının endirilməsindən sonra Mərkəzi Bank bütün kommersiya banklarının sözügedən maliyyələşmədən istifadə imkanlarının genişləndirilməsinə çalışmalıdır.

Bu baxımdan, uçot dərəcələrinin endirilməsinin bank faizlərinin aşağı salınması üçün iqtisadi və psixoloji əsas yaradacağı istisna edilmir. Üçüncüsü, son iki ayda xarici valyutalara təklifin azalması və Mərkəzi Bankın valyuta ehtiyatlarında müşahidə edilən artım uçot stavkasının endirilməsini mümkün etməklə yanaşı, artıq baş bankın bazara müdaxilə rıçaqlarının artdığını göstərir. Yeni maliyyə mənbələrindən vəsait cəlb edən Mərkəzi Bank intervensiya xərclərinin tənzimlənməsi fonunda məzənnə siyasətindən artıq faiz siyasətinə keçid edir. Bu isə gündəliyi milli valyutanın məzənnəsi məsələsi ilə uzun müddət zəbt edilən Mərkəzi Bankın kredit faizlərinin endirilməsini yenidən öz egendasına daxil etmək istəyini göstərir. Dördüncüsü, uçot stavkasının endirilməsinin bazara psixoloji təsirləri olacaq.

Bu eyni zamanda kredit faizlərinin aşağı salınacağı ilə bağlı mesaj kimi də qiymətləndirilə bilər. Beşincisi, 2015-ci ilin dövlət büdcəsi haqqında qanuna əsasən hər altı aydan bir dövlət başçısına kredit faizləri ilə bağlı hesabat verən Mərkəzi Bank artıq real azaldılmış faizlər ilə öz hesabatını hazırlamalıdır. Uzun müddət effektiv bank faiz dərəcələri ilə spekulyasiya edən banklar komisyon haqlarının məhdudlaşdırılmasından sonra artıq bazara elan edilən real faizlər ilə daxil olmaq məcburiyyətində qalıblar. Faizlərin real azaldılması isə həmçinin bankların ucuz maliyyə resursları ilə təmin edilməsinin vacibliyi demək idi. Altıncısı, bu qərarından sonra Mərkəzi Bankın bankları real sektoru daha çox maliyyələşdirməyə təşviq etməyə çalışacağı güman edilir.

Real sektoru maliyyələşdirməkdə xüsusi maraqlı görsənməyən banklar aşağı uçot dərəcəli mərkəzləşdirilmiş kreditlər ilə bu sektora meyillənə bilərlər. Nəhayət, uçot dərəcəsinin endirilməsi ilə bağlı qərarın kredit bazarına təsirlərinin qiymətləndirilməsi üçün Mərkəzi Bankın daimi monitorinqlər aparıb nəticələri ictimaiyyətlə bölüşməsinə ehtiyac var.

Baş bankda bu addımın kredit faizlərinin enməsini sürətləndirməklə investisiyaları stimullaşdırmaq, kiçik və orta biznesin maliyyələşməsinin və əhalinin ipoteka kreditləşməsinin dəyərinin optimallaşmasına monetar zəmin yaratmaq məqsədilə atıldığını bəyan etməsini nəzərə alsaq, deməli müəyyənləşdirilmiş hər bir indikator üzrə monitorinqin aparılmasına ciddi ehtiyac olacaq”.

Ekspert Natiq Cəfərli isə qeyd edib ki, bu, manatın ucuzlaşmasına gətirib çıxara bilər: “Azərbaycan dünyada nadir ölkədir ki, Mərkəzi Bankın uçot dərəcəsi ilə real kredit faizləri arasında 6-8 dəfə fərq var. Səbəbi odur ki, ölkədə iqtisadi qanunlar işləmir, banklar məmurlarındır, rəqabətli mühit yoxdur. Mərkəzi Bankın bu qərarı kredit faizlərinə təsir etməyəcək, amma bankların likvidliyə çıxışını artıracaq, manitar sıxlığı yumşaldacaq. Əks təsiri isə likvidliyin artması manatın məzənnəsinə basqı yaradacaq. Sadə dillə desək, manatın ucuzlaşması riski artacaq”.

RÖYA

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …

Bir cavab yazın