Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Köhnə binalardan mənzil almaq istəyənlərin sayı niyə artır? – Video

Köhnə binalardan mənzil almaq istəyənlərin sayı niyə artır? – Video

Yeni tikilən binalardan ev almaq istəyənlərin sayında kəskin azalma var.

Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyevin sözlərinə görə, xüsusən də iş adamları yatırım etmək üçün yeni binalardan yox, köhnə tikili olan üç və ya beş mərtəbəli binalaradan ev almağa daha çox maraq göstərirlər. Ekspertin fikirincə, buna səbəb həmin binaların bir çoxunun istisimar müddətinin başa çatması və gələcəkdə pilot layihə çərçivəsində yerində yeni binaların tiklilməsidir.

Ekspert deyir ki, dünyada baş verən son hadisələrdən sonra köhnə binalardan ev almaq istəyənlər təxminən 10-15 faiz artıb.

Nofəl Quliyev onu da deyir ki, Rusiya və Ukraynadan gətirilən tikinti materiallarının qiymətində bahalaşma olduğundan qarşıdakı aylarda yeni tikilən evlərin də qiymətinin artacağı istisina edilmir.

Rieltor Həşim Qədirov da deyir ki, Azərbaycan stabil ölkə olduğundan insanlar daha çox daşınmaz əmlaka kapital qoyurlar. Bu da onlar üçün risksiz hesab edilir.

Köhnə tikli binalardakı mənzillərə maraq çox olduğundan bu, qiymətlərə də təsir edib. Ekspert deyir ki, əvvəllər 50-60 min manata köhnə tikililərdən 2 otaqlı ev almaq mümkün idisə, indi 75-80 min manata qədər bahalaşma müşahidə edilir.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …