Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Zeynəb Xanlarovanın səsində problem yarandı, bəstəkar vəfat etdi… – Şair

Zeynəb Xanlarovanın səsində problem yarandı, bəstəkar vəfat etdi… – Şair

Şair Fəxrəddin Ümid illər öncə Xalq artisti Zeynəb Xanlarova üçün bəstələnən mahnının oxunması üçün müğənni axtarır.
Bu barədə Qaynarinfo-ya şairin özü deyib. Onun bildirdiyinə görə, “Ayrılıqdan danışma” adlı şerinə mərhum bəstəkar Razim Paşayev mahnı yazıb:

“Mahnını Xalq artisti Zeynəb Xanlarova oxuyacaqdı. Zeynəb xanım mahnını dinləyib və bəyənib. Amma məndəki məlumata görə, həmin aralarda onun səsində nəsə problem olub, bu səbəbdən də mahnı oxunmayıb. Aradan bir az keçəndən sonra da Razim Paşayev dünyasını dəyişdi. Mahnı o zamandan işıq üzü görmədi. İndi mən bir müğənni axtarıram ki, bu mahnını yenidən yaşatsın. Bu mahnı yaşamalıdır”.
Qeyd edək ki, şair Fəxrəddin Ümid mərhum müğənni Məhəbbət Kazımovun ifasında səslənən “Laçınım” mahnısının müəllifidir.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …