Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / “Azərbaycan Məişət Malları” ASC-nin dövlətə külli miqdarda borcu var

“Azərbaycan Məişət Malları” ASC-nin dövlətə külli miqdarda borcu var

“Azərbaycan Məişət Malları” ASC-nin dövlətə külli miqdarda borcu var Sumqayıt şəhərində yerləşən “Azərbaycan Məişət Malları” Açıq Səhmdar Cəmiyyətinin dövlətə 200 min manatdan artıq vergi borcu yaranıb.

Demokrat.az-ın məlumatına görə, nizamnamə kapitalı 1 milyon 764 min 902 manat, qanuni təmsilçi Vüsal Şərifov Şərif oğlu olan ASC-nin dövlətə külli miqdarda borcu yaranıb.

ASC-nin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 259 min 096 amanat 64 qəpik borcu var. Qeyd edək ki, “Azərbaycan Məişət Malları” Açıq Səhmdar Cəmiyyəti 2012-ci ildə insan ölümü ilə nəticələnən güclü yanğınla gündəmə gəlmişdi. ASC-nin ərazisində qaynaq işləri aparan Sumqayıt şəhər sakinləri Babayev Sabir Kərim oğlu, Səfərəliyev Əbülfət Əziz oğlu və Piriyev Piri Xuduş oğlu partlayış nəticəsində dünyalarını dəyişmişdilər.

Həmçinin oxuyun

Dövlət Neft Fondunun aktivləri bir rübdə 2 %-dən çox artıb

Bu ilin aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcmi 57 milyard 372,8 milyon ABŞ dollar …