Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / KİV nümayəndələri və hərbi attaşelər ermənilərin yaraladığı qadına baş çəkiblər – FOTO

KİV nümayəndələri və hərbi attaşelər ermənilərin yaraladığı qadına baş çəkiblər – FOTO

Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələri, hərbi attaşelər iyulun 4-də Alxanlı kəndində düşmən təxribatı nəticəsində yaralanan Quliyeva Səlminaz İltifat qızına müalicə aldığı Füzuli hospitalında baş çəkiblər.

Hərbi attaşelər və KİV nümayəndələrinə Füzulinin icra başçısı Alı Alıyev erməni təxribatı ilə bağlı məlumat verib.

Qeyd edə ki, səfər Azərbaycan Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluğu və Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub.

Səfərdə “TRT”, “İhlas Haber Ajansı”, “MİR” Televiziyası, “Associated Press”, “RİA Novosti”, Amerikanın Səsi, “İnterfax”, “BBC” və digər xarici KİV nümayəndələri iştirak edir. Habelə, səfərdə 12 dövlətin 15 hərbi attaşesi və nümayəndəsi iştirak edir. Bu sırada ABŞ, Rusiya Federasiyası, Pakistan İslam Respublikası, Çin Xalq Respublikası, Koreya, Türkiyə, Qazaxıstan, Çexiya, Ukrayna, Gürcüstan, Belarus hərbi nümayəndələri və Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliyinin diplomatı iştirak edirlər.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın