Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Nyu-York şəhərinə yola düşüb.
Azinforum.az Müdafiə Nazirliyi-nə istinadən xəbər verir ki, N. Sadıkov iyulun 6-7-də Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında keçiriləcək Baş Qərargah Rəislərinin ikinci Beynəlxalq Konfransında iştirak edəcək.