Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / İsmayıllılardan Novruz Aslana etiraz – VİDEO

İsmayıllılardan Novruz Aslana etiraz – VİDEO

86 saylı İsmayıllı seçki dairəsindən deputatlığa namizəd, millət vəkili Novruz Aslan təbliğat-təşviqat kampaniyası çərçivəsində etirazla qarşılaşıb.

AzNews.az xəbər verir ki, İsmayıllı camaatının bir hissəsi N.Aslanla görüşə gəlməkdən imtina edib. Onlar Novruz Aslanı 2005-ci ildən deputatı olduğu İsmayıllı üçün 10 il ərzində heç bir iş görməməkdə, bu vaxt ərzində əhali ilə görüşlər keçirməməkdə, onların problemləri ilə maraqlanmamaqda ittiham edib. 86 saylı İsmayıllı seçki dairəsinin seçiciləri seçki ərəfəsindəki görüşlər istisna olmaqla Novruz Aslanın üzünü görmədiklərini deyiblər. Bundan əlavə, əhali “İsmayıllı hadisələri” vaxtı N.Aslanın rayonun vəziyyəti ilə maraqlanmadığını, həmin hadisələr zamanı Ələkbərovları müdafiə etdiyini və xalqın arxasında dayanmadığını bildiriblər. İsmayıllı əhalisi göstərdikləri səbəbləri əsas gətirərək Novruz Aslana səs verməyəcəklərini bəyan ediblər.

Bu arada cumhuriyyət.az saytı əhali arasında Novruz Aslana səs verib-verməyəckləri barədə sorğu keçirib. Həmin sorğunun bir necəsini təqdim edirik:

 

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın