Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Fazil Məmmədovla Mirdamət Sadıqovun Gəncə üzərindəki “Barbarossa planı” və onu icra edənlər

Fazil Məmmədovla Mirdamət Sadıqovun Gəncə üzərindəki “Barbarossa planı” və onu icra edənlər

Hal-hazırda sona çatmış sayılan araşdırma və müşahidələrimi azad medianı izləyən Azərbaycan və azərbaycanlılarla bölmək niyyətindəyəm. Üz tutub ölkəni parçalamaq niyyətində olan oliqarxlara deyirəm: ” Gəlin hər hansı şərtsiz Heydər Əliyev siyasətinin davamçısı olan İlham Əliyevin ətrafında sıx birləşərək özünüzü, maraqlarınızı deyil, ölkəmizi düşünərək bir amala xidmət edək, inanın ki, sizlər həm ölkə başçısının, həm xüsusi dövlət idarələrinin, ən əsası da azad medianın diqqətindən yayınmırsınız. Əgər yayınmış olsanız belə biz azad media xəbərçiləri hər an sizlərlə bağlı media vasıtəsilə həyatımız bahasına olan məlumatı ölkə başçısına çatdırmağı özümüzə borc biləcəyik.

Ölkə başçısı İlham Əliyev məhz Azərbaycan mətbuatının 140 illik yubileyi ilə bağlı nitqində azad mətbuata geniş yer ayırıb, bildirib ki, bəzən ölkədə baş verən neqativ hallardan administrasiyadan, hər hansı dövlət məmurdan deyil, multmediya vasıtəsilə xəbər tutur.

Dövlət başçısının ölkəni xarici təsirlərdən, eləcə də Azərbaycanı yadellilərdən qorumaq üçün siyası addımlar atdığı bir zamanda kiçik padşahlar isə Azərbaycan daxılində sonu görünməyən “imperiyaları”nı qurmağa can atmaları həm heyrət doğurur, həm də gülünc görünür.

Araşdırmalarımız bu gün bütün zamanlarda Azərbaycanın ikinci böyük şəhəri, ölkənin ürəyi , Qərbin mərkəzi olan Gəncə ilə bağlıdır. Ümumiyyətlə Gəncə ta qədimdən indiyə kimi maraq dairəsində olan bir ərazidir. Tarixə nəzər salaq: qədim minilliklər tarixinə yazılmış, Gəncənin başına gələn müsübətlər ona, indiyə qədər tamlığından İrəvan, Zəngəzur, Göyçə, Dəmirqapı Dərbənd, Borçalı, Aran Azərbaycanı (Cənubi Azərbaycan) kimi ərazilərini itirən bütöv, azad Azərbaycana xaricdən nə qədər dəyər verilməsini xatırlamaq kifayət etməz. Əgər Şeyx Nizamidən bəri Gəncənin tarixinə nəzər salsaq onu ələ keçirmək üçün tək Cavad xanın, onun əsabalarının başına gələn müsübətlər, indiyə qədər qaytarılmayan qədim Gəncə darvazaları Gəncəyə və onun tarixinə

unudulması mümkün olmayan neçə-neçə dərdlərdən xəbər verir. Bütün bunlar keçmişdə baş versədə bu gün ölkə daxilində dövləti və dövlətçiliyi unudaraq, öz nəfs və niyyətlərinin qurbanına çevrilərək “kiçik padişahlıq” qurmaq arzusunda olan oliqarxlar var.

Gəncə ilə bağlı isə son 7-8 ildə aparılan araşdırmalarımızı təqdim edirəm. 2008-ci il noyabr ayının 21-dək Azərbaycan Respublikası Vergilər Nazirliyi “Vergi siyasəti və vergi qanunvericiliyi strateji araşdırmalar mərkəzi” nin baş idarə rəisi vəzifəsində çalışan və həmin il noyabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) rektor kimi təyin olunan Mirdamət Sadıqovun bölgəyə gəlişi Fazil Məmmədovun Gəncə planlarından xəbər verməyə başladı. İlk olaraq bu plan haqqında dalağı sancan, xaraktercə siyasi oyunları dərhal şifrə eləmək qabilliyyətinə malik olan, həmin zaman Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Fazil Məmmədovun bölgəyə atdığı bu kadrı özünə rəqib bildi. Əslində o, səbəbi düz anlamışdı. Təbii ki, özünün onunla əvəzlənməsi planını qəbul edə bilməzdi və buna da dərhal reaksiya verdi. Yaxşı bilirdi ki, kiçik padşah Fazil Məmmədov Şəmkirdən sonra Qərbin Mərkəzi, Gəncə haqqında planlar qurub və xüsusi dəyər verdiyi Mirdamət Sadıqovu gec-tez Gəncəyə birinci şəxs təyin etdirəcək. Plan bu cür qurulmuşdu və Azərbaycan Respublikası Vergilər Nazirliyi “Vergi siyasəti və vergi qanunvericiliyi strateji araşdırmalar mərkəzi” nin baş idarə rəisinin ilk olaraq ADAU-ya rektor kimi təyin etdirilməsi artıq bu planın hərəkətə gəlməsi demək idi. Buna görə Eldar Əzizov Fazil Məmmədovun Qərbın döyünən ürəyi olan Gəncəyə məqsədyönlü təyin elətdirdiyi “desantı” ictimaiyyətlə təmasdan kənarda tutmaqla bərabər eyni zamanda yeni təyin olunan rektoru nəzərindən qoymurdu. Lakin Eldar Əzizovun səylərinə baxmayaraq ADAU-nun rektoru Mirdamət Sadıxov verilən tapşırığı vəzifəsini itirməkdən qorxmayaraq yerinə yetirməyə başladı, bölgədə özü ilə həmfikir olanlarla, gizli məkanlarda görüşdü və onları lazımi qədər təlimatlandıra bildi. Mirdamət Sadıxov haqqında bir balaca arayış verək. Əslən İsmayıllı rayonunun Lahıc (eləcə də Ərəgit) qəsəbəsindəndir. Bəzi tarixçilərin qənaətinə görə Lahic qəsəbəsində yaşayan əhali Sasanilər

imperiyası dövründə İranın Lahican vilayətindən köçürülənlərin nəslindəndirlər. Onlar tat dilində xüsusi dialektdə danışırlar. (İbrahim Haşımlı).

Soy kökünün dini bağları olan Mirdamət Sadıqov uzun illər vergi sektorunda çalışmış elə oradanda Qafqazın ən mühüm ali təhsil ocağı olan ADAU-ya 2008-ci ildən gəlişindən sonra tam üç il Eldar Əzizovun gedişini gözləməli olmuşdu. Fazil Məmmədov 2011-ci ildə Mirdamət Sadıqovu Gəncə Şəhər İcra Hakimiyyəti başçısı postuna yüksəldə, yerləşdirə bilməməsi planları bir qədər qarışdırır. Heç bir yüksək ranqlı məmurun gözləmədiyi halda prezidentin sərəncamı ilə bu dəfə Gəncəyə tamam başqa istedad sahibi, şəhəri yenidən qurub tikə biləcək kadr təyin edildi. Bu şəxs Elmar Vəliyev oldu. Beləcə Fazil Məmmədovun planları demək olar darma-dağın edildi. Heç demə bu plan tamam məhv edilməyibmiş. Atılan diversanta son dərəcə inamlı olan Fazil Məmmədov bir müddət sonra kadrını məlum İsmayıllı hadisələrindən sonra o rayona birinci şəxs göndərə bildi. Lakin Gəncə iştahası hələ də Fazil Məmmədovu tərk etməmişdi. Şəmkirlə Gəncəni qoşalaşdırmaq ideyası gecələr yuxusundan belə çıxmırdı. Plan işləyirdi. Vergi naziri özünün müəllimi adlandırdığı Mirdamət Sadıqovla birgə Gəncə üzərinə yeni bir ” ildırım sürətli” planın işlənilməsinə başlayır. Bölgədə “əməliyyatlar” aparılaraq öz kadrlarını postlara gətirtmək işi başlayır.

M.Sadıqov ADAU-da çalışan zaman üstünlüyü müxalif fikirli kadrları irəli sürməkdə, eləcə də Gəncədə dini dəyərlərə söykənməkdə, ideya rəhbərlərini, qoçuları öz ətrafına yığmaqda mahir idi. Mirdamət Sadıqovun Gəncədəki, dini dayaqlarından olan Şah Abbas Məscidinin icma rəhbəri Hacı Səftərlə “dostluğu”nun arxasında nələr durduğunun isə məncə izaha ehtiyacı yoxdu.

Xüsusi zəkaya malik olan Mirdamət Sadıqov hələ öncədən Gəncədə özünə həmfikir olanları ideya çevrəsinə yığmış və onların zaman -zaman Gəncə şəhərində lazımi kreslolara artıq oturda bilmişdi. Hal-hazırda isə MM-ə deputat seçkiləri zamanı onlardan ikisi artıq YAP-da mühüm fiqur olduqlarına görə real namizədlər sayılır.

Bunlar kimlərdir? Və yaxud Gəncədə də İsmayıllı hadisələrinin təkrar baş verməsi, (iraq olsun ) ehtimal olarsa, “Seyid”in Gəncəyə yenidən düşünülmüş plan üzrə icra başçısı kimi qayıdışı baş tutarsa, bu törəni Gəncə qapılarında kimlər keçirəçək? Bir sözlə Gənçədə “Seyid”i səbrsizliklə gözləyənlər kimlərdir.

Yuxarıda cızılmiş dioqrama nəzər salaq:

Gəncədə bir neçə il öncə dünyada Amerikan kəşfiyatçısı, siyasətçisi, filantrop kimi tanınan Sorosun kordinatoru olan Nadir İbadovun yetirməsi, həmfikirlərindən biri olan, hal-hazırda YAP Gəncə şəhər təşkilatının sədri, YAP tərəfindən Milli Məclisdə keçiriləcək seçkilərdə deputatlığa namizəd Naqif Həmzəyev haqqında qısa arayış verək.

Dövrü mətbuatda adı zaman-zaman “nurçu”luqla bağlı hallanan əslən Göyçə mahalından olan, sonradan məlum hadisələr baş verdikdə yəni, 1989-cu ildən Gəncəyə köcən 1983-cü il təvəllüdlü Naqif Həmzəyev, 2000-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunaraq 2004-cü ildə həmin universitetin bakalavr pilləsini bitirib. Eyni zamanda 2003-2004-cü illərdə “qonaq tədqiqatçı” statusu ilə “Birinci dünya müharibəsi illərində Türkiyə-Rusiya münasibətləri və erməni terroru” mövzusunda araşdırma aparıb. 2004-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin magistr pilləsinə daxil olub. 2004-2006-cı illərdə Türkiyə Cümhuriyyətinin bir neçə universiteti və arxivlərində “İraq Türkmənlərinin tarixi” mövzusunda araşdırma aparıb. 2006-cı ildə “İraq türkmənlərinin ictimai, iqtisadi və siyasi durumu” mövzusunda dissertasiya işini müdafiə edərək Bakı Dövlət Universitetinin tarix fakültəsinin “yaxın və orta şərqin tarixi” ixtisası üzrə magistr dərəcəsini qazanıb. 2000-ci ildən fəal olaraq ictimai fəaliyyətlə məşğul olub. “Dünya Azərbaycanlıları” Gənclərin İctimai Birliyinin həmtəsisçilərindən biridir. Azərbaycanı beynəlxalq konfrans və elmi tədbirlərdə dəfələrlə təmsil edib

2009-cu ildə Gəncə Dövlət Universitetinin elm və texnika üzrə prorektoru, Soros xəttinin fəallarından olan Nadir İbadovun dəvəti ilə Gəncə Dövlət Universiteti informasiya və kommunikasiya texnologiyaları şöbəsində mütəxəssis vəzifəsində işləyib, ixtisası tarixçi olmasına baxmayaraq. Daha sonra Nadir İbadovun sayəsində, Nadir İbadovla Mirdamət Sadıqovun isti münasibətləri olduğundan, 2009-cu

ilin sentyabr ayından 2010-cu ilin fevral ayınadək Azərbaycan Dövlət Aqrar Universiteti beynəlxalq əlaqələr şöbəsində mütəxəssis, 2010-cu ilin fevral ayından 2011-ci ilin dekabr ayınadək isə informasiya və kommunikasiya texnologiyaları mərkəzinin direktoru vəzifəsində çalışıb.

2009-2011-ci illərdə həyata keçirilən “Elektron Universitet” layihəsinə uyğun olaraq Türkiyə Respublikasının Atatürk, İstanbul və Fırat universitetlərində, həmçinin TUBİTAK ULAKBİM təşkilatında “İT meneceri” üzrə ixtisasartırma kursları keçib. 2012-ci il 24 yanvar tarixində Türkiyə Respublikası Fırat Universiteti Sosial Elmlər İnstitutunun tarix bölməsində doktorantura pilləsinə qəbul olunub. 2012-ci il 12 noyabr tarixindən 2013-cü il 8 fevral tarixinədək Azərbaycan Dövlət Aqrar Universitetində innovasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

2013-cü il 8 fevral tarixində Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı imzaladığı 11 saylı sərəncamla Gəncə Şəhər Kəpəz Rayonu İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə təyin edilib.

2013-cü il 1 avqust tarixində Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının VIII konfrasında təşkilatın sədri seçilib. Hal-hazırda Gəncə şəhər təşkilatının sədri vəzifəsində işləyir. Hızlı hərəkət edən pillələrə fikir verin; hədəfə yaxınlaşmaq və nail olmaq: 2009-2013 və nəhayət 2015-ci il Milli Məclisə deputat seçkiləri, YAP tərəfindən irəli sürülən namizəd, eyni zamanda YAP-ın Gəncə şəhəri üzrə sədri, Mirdamət Sadıqovun strateqiyasının əsas xətti, dayaqlarından ən başlıçası finiş xəttinə yaxınlaşmış sayılır. Naqif Həmzəyevlə bağlı bir balaça haşiyəyə çıxmalı olacağıq. Naqif Həmzəyevin 2014-cü ildə Almaniyaya getmiş, orada hansısa xəstəliklə bağlı vəfat etmiş, adı gedən universitetdə bir çox xaricdən maliyyələşməsi hələ də davam proqramların, o cümlədən məlum “TEMPUS”proqramının universitetə gətirilməsi (hal-hazırda da bu proqramların idarə olunması GDU-nun elm və inovasiyalar üzrə prorektoru Pərvin Kərimzadəyə Nadir İbadovdan miras qalıb desək yanılmarıq) Nadir İbadovun bütün zamanlarda internet resurslarından istifadə etməkdə ona köməkçiləri isə Naqif Həmzəyevin qayınları Asif, Vasif Həsənov qardaşları olmuşdur. Belə ki, bu qardaşlar Nadir İbadovun sevimli yetirmələri olmuş, ölüb gedən onun cismi olsada ruhu, beyni adı gedənlərin beyninə köçürülüb desək yanılmarıq. Burda bir sual da ortaya çıxır. Nadir İbadov daha kimlərin beynini bu cür zəhərləyib? Hazırda GDU-da smestr

imtahanların test üsulu ilə aparılmasının təşkilatçıları bir çox elektron proqramlara nəzarətin bu qardaşlara məxsusluğu adı gedən universiteti onlardan asılı vəziyyətə gətirib. Naqif Həmzəyevin həyat yoldaşına gəlincə onların erməni əsilli olması da bütün gəncəlilərə məlumdu.

Dioqramda sonra yer alan birbaşa Naqif Həmzəyevin GDU-dakı əsas dayağı sayılan, Nadir İbadovun “işlər”inin rəhbəri sayılan sabiq prorektorun yerini tutan elm və inovasiyalar üzrə prorektor Pərvin Kərimzadədir. Pərvin Orxan qızı Cəfərova ( sonradan soyadını dəyişib ər familini götürüb, Kərimzadə) Haqqında qısa arayış: 03.02.1976-ci ildə Bakı şəhərində qeyri-rəsmi nigahdan doğulmuş, anası Sürəyya Cəfərova universitetdə əbəbiyyat kafedrasının müəllimidir. Universiteti bitirəndən indiyə qədər GDU-da çalışmış, antiəliyevçi sayılan Həsənbala Sadıqovun yetirməsi sayılır. Elə Həsənbala Sadıqovun zamanında rəhbər vəzifələrdə pillə-pillə qalxaraq sonda Nadir İbadovun universitetə gətirdiyi proqramların yönəltiçisi olmağı bacardı. Sabiq rektor Elman Məmmədovun zamanında sonuncu yay smestri zamanı tarix fakultəsinin dekanı olmuş Həsənbala Sadıqovla birgə müdhiş “89.000 manat” rüşvət qalmaqalının baş qəhramanlarından biri olmuş, hal-hazırda özünün dediyi kimi Elmar Vəliyevə universitet adından ən yaxın sayılan kadrdır. Bundan əlavə ölkənin lider partiyası olan YAP-da özünün ideya dayağı sayılan Naqif Həmzəyevin yanında Gəncə şəhər YAP qadınlar surasının sədri postunu tutmuş, hal-hazırda da YAP tərəfindən parlament seçkilərində irəli sürülən namizəddir. Təsəvvür edin, Mirdamət Sadıxovun planlarının trayektoriyasına baxın, əgər alınsa etibarlı ideya tərəfdaşı alınmasa Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevin kadr siyasətindəki səriştəsizliyi sayıla bilər. Bir ağrılı məqam da var. Əgər Kərimzadə seçilsə deməli gəncəliləri parlamentdə qeyri-rəsmi nigahdan doğulan təmsil edəcək. Bunlar həm də Mirdamət Sadıqovun hesablanması düz nəticə vermiş, çünki,artıq GDU-da xanım prorektor özündən əlavə hər ikisidə müxalifətçi olan humanitar məsələlər üzrə prorektor Asif Cavadovu və tədris işləri üzrə prorektor Faxrəddin Məmmədovu öz iradəsinə tabe etdirə bilmiş , özünün rəhbəri olduğu elm və inovasiya şöbəsində isə əsas gəlir gətirən şöbəni,yəni doktorantura şöbəsini belə öz rəhbərliyi altına ala bilmişdi. Ümumiyyətlə “Seyid” kadr seçimində bir məsələyə üstünlük verir, “kadr” tutduğu sahədə özünü, rəhbərini, özünümaliyyələşdirmə baxımından təmin etməlidir.

Hal-hazırda artıq “Seyid”in 2008-ci ildə ADAU-ya gəlişindən dərhal sonra universitetin baloniya prosesinə qoşulması altında “aylığa, illiyə” buraxılan tələbələrin hamısı yeni rektor tərəfindən geri, universitetə qaytarılsa da, adı gedən universitetdə hələ ki, ona sadiq olan iki “kadr”ın yeri bərkdir. Bunlardan maliyyə baxımından M.Sadıqovun etibarlı kadrı sayılan bu gün də “əvəz olunmayan ” elmi katib Səbuhi kompyuter resurslarını əlində cəmləmişdir. Ailə dostu sayılan Məntiq Cəfərova gəlincə isə əvvəl onu özünə ADAU-da varıs qoyub gedəcəyinə söz versə də sonradan plan dəyişdi və o bir müddət ATU-da prorektor vəzifəsində bir il çalışdıqdan sonra yenidən ADAU-ya qayıtdı. Qayıdış zamanı ona verilən strateji əlaqələr şöbəsi oldu. Adı gedən şöbənin M.Sadıqova nə vədd etməsi hələlik məlum deyil. Vəsait baxımına gəlincə isə Mirdamət Sadıqovun inisiativası ilə ADAU-nun bazasında açılan “Distant təhsil” proyesi isə zəhmətsiz gəlir mənbəyindən xəbər vermirmi? Qeyri-qanuni işin distant məvfumu ilə qanuni şəklə salınması, bəli “islahatçı”Mirdamət Sadıqov bu sahədə əvəzi olunmayandı.

ADAU-da rektorluq fəaliyyəti zamanı Mirdamət Sadıqova sadıq kadrlardan sayılan köməkçisi Qoşqar Məmmədov da Elmar Vəliyevin komandasında Nizami bələdiyyəsinin sədri vəzifəsini artıq tuta bilməsi təəccüb doğurmur. Bələdiyyə seçkilərinin seçkili orqan olaraq xalq tərəfindən seçılməsinə gəlincə, Qoşqar Məmmədovun bu seçkidəki faizi sıfırdan az fərqli olmasına şübhə olmadığı halda onun Mirdamət Sadıqovun “Barbarossa” planındakı roluna aydınlıq gətirməli olacayıq. Elmə, intellektə uyarsızlığı Qoşqar Məmmədov kimilərin məsələn, İsmayıllı hadisələrindəki kimi əyyaşların, quldur dəstələrinin şəhərin küçə və meydanlarında, çayxanalarda iğtişaşlar yaratmaq üçün gərəkli olmasından başqa faydası nə ola bilər?

Dioqramda növbəti yer alan Mirdamət Sadıqovun sadiq kadrlarından olan Gəncənin Nizami rayon İcra hakimiyyətinin başçısı Nizami Hacıyevdir. Mirdamət Sadıqovun hələ Gəncədə rektor işləyən zamanlarda əl buyrqçusu olan, o zaman humanitar məsələlər üzrə müavin vəzifəsində çalışan N.Nacıyev dövründə onun ancaq bölgədə mətbuat vasitəsilə məharətlə reklam xarakterli tədbirlərinin sırf təşkili ilə məşğul olmasıdır. Hətta iş o yerə çatmışdır ki, artıq 2011-ci ilin fevralından Gəncəyə təyin olunan icra başçısı Elmar Vəliyevin apardığı yenidənqurma, şəhərsalma projeləri ilə eyni pillədə rektorun gördüyü işlərlərin də reklam çarxları dayanmırdı. Bəs görəsən o zaman rektoru

olduğu ADAU-da özünü reklam xarakterli keçirilən tədbirlər üçün, tədbirlərdən sonra təşkil olunan ziyafətlər, bahalı otellər, iştirakçilara təqdim olunan hədiyyələr, “konvertlər” və s. üçün vəsaitin haradan təmin olunması kimlərsə üçün maraqlıdırmı?

Bütün keçirilən tədbirlərdə “Seyid”in “əl ağacı “olan hazırda artıq Gəncə şəhər Nizami rayonunun icra başçısı postuna qədər yüksəlmiş “Tərəqqi” medalı ilə təltif olunaraq bu yolla toxunulmazlıq belə qazanan Nizami Hacıyevdən sonrakı “kadr” Gəncə şəhər İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər üzrə humanitar şöbəsinin baş məsləhətçisi Məmmədov Həsən Surxay oğludur ki, o da dövlət qulluğunda “səmərəli” fəaliyyətinə, uzun müddət şəhərin ictimai-siyasi həyatında “fəal” iştirakına görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib və bununla da komandada vaxtı çatana qədər toxunulmazlıq əldə edə bilib. Həsən Məmmədov da hələ Mirdamət Sadıqovun rektor olduğu zamandan onun etibarlı kadrlarından sayılır və eyni zamanda əgər onun Şəmkir rayonu, Şəmkirin sabiq İcra başçısı Nazim Veyisovla qohumluğunu nəzərə alsaq, Mirdamət Sadıqovun Həsən Məmmədova haradan sevgi bəsləyərək inanması kartları da açılmış olar.

Gəncə şəhər Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinin hansı sou şəklində dəyişilməsi faktını yenidən xatırlayaq: Bütün gününü xəstə olmasına baxmayaraq ancaq şəhərdə gedən tikinti -abadlıq işlərində keçirən Məharət Mustafayevlə bağlı öncədən qurulan ssenari baş tutdu. Dərhal da yuxarılara məlumat ötürüldü. Bu heç də təəcüb yaratmadı. Məqsəd bir idi, şəhərin əsas rayonu sayılan Nizami rayonu və eyni zamanda içtimaiyyətlə əlaqələr şöbəsi bundan sonra da “Seyid”in nəzarətində olaraq onun qayıdışına hazır olsun.

Mirdamət Sadıqovun əslində dayaqlarından bir neçəsinin bu gün yaşamamsı və ya vəzifədən vurulması onun Gəncəyə bəlkədə qayıdışını ləngitdi, bəlkə də bu dayaqların yoxluğu Gəncənin bəxtinin hələ də yatmamasından xəbər verir? Bəs bunlar kimlərdir?

Əsasən həmfikir olduğu böyük dəyər verdiyi Almaniyada vəfat edən, adı Sorosla hallanan GDU-nun sabiq prorektoru Nadir İbadov;

Gəncə şəhər baş polis idarəsinin sabiq rəisi mərhum polis generalı Rasim Musayev,

Gəncə şəhəri səhiyyə idarəsinin rəisi (böyük bir səhiyyə ordusunu hərəkətə gətirə biləçək qüvvə) Mehman Rzayev.

Fazil Məmmədovla Mirdamət Sadıqovun Gəncə üzərindəki "Barbarossa planı" və onu icra edənlər

P.S. Bir mühüm məqamıda nəzərinizdən qaçırmayın, mütləq olaraq ətrafına yığdığı “diversantların”, kadrlarının bütün zamanlarda ifşa olunacağını öncədən fikirləşən kombinator Mirdamət Sadıqov onların hər birinin öncədən tercümeyi halınındakı çatları diqqətdən keçirdikdən sonra kombinasiyalar qurur. Müəyyən məqamlarda “kadr”özünü ifşa etdikdə, yəni dövlət qarşısında günahlandıqda artıq bu şəhər rəhbərinin səhvi kimi qeydə alınır.

GundemXeber.az

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın