Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / İntiqam Əliyevin ölkədən çıxışına icazə verildi

İntiqam Əliyevin ölkədən çıxışına icazə verildi

Baş prokuror Zakir Qaralovun Ali Məhkəməyə verdiyi protest əsasında 5 il şərti cəza ilə azadlığa çıxan Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin ölkədən çıxışına icazə verilib. Bu barədə Sumqayıt Məhkəməsi qərar qəbul edib. Artıq qərar əsasında hüquq müdafiəçisi Avropa Şurasının 6-7 iyunda təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak etmək üçün Strasburqa yola düşüb.

Bu barədə İ.Əliyevin oğlu Nəcmi Əliyev öz feysbuq səhifəsində məlumat yayıb:” Sumqayıt Məhkəməsinin 2 iyun 2016-cı il tarixli qərarı ilə Intiqam Aliyev 10 gün müddətinə ölkədən çıxışına icazə verilib. İ. Əliyev Avropa Şurasının təşkilatçılığı ilə 6-7 iyunda keçirilən tədbirdə iştirak etmək üçün bugün Strazburqa yola düşüb. O, Avropa Şurasına üzv ölkələrdə vətəndaş cəmiyyətinin üzləşdiyi problemlər mövzusunda keçirilən konfransın açılışında çıxış edəcək. Konfransın işində AŞ İnsan Haqları Komissarı, diplomatlar, ekspertlər, üzv ölkələrin hökümət və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edəcəklər”.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın