Ana səhifə / Sosial / İrandan Qarabağ açıqlaması: “Yardım etməyə hazırıq”

İrandan Qarabağ açıqlaması: “Yardım etməyə hazırıq”

“İran Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə hazırdır”.

Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşdə deyib.

“Biz Qarabağda yaranmış son böhranda hər iki tərəfi təmkinli olmağa çağırırıq, bölgədə sülh və sabitliyin yaradılması üçün problemin həlli üçün hər növ yardım etməyə hazırıq”, deyə Zərif bildirib.

Görüşdə İran və Ermənistanın xarici işlər nazirləri ikitərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələləri müzakirə edib. (Apa)

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın