Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / İlham Əliyev Yaponiya imperatoruna başsağlığı verdi

İlham Əliyev Yaponiya imperatoruna başsağlığı verdi

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Yaponiyanın imperatoru Akihitoya başsağlığı verib.

Dövlət başçısının saytına istinadən bildirir ki, başsağlığında deyilir: “Ölkənizdə baş vermiş zəlzələlər nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yaponiya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

Qeyd edək ki, Yaponiyanın Küsü adasında son üç gün ərzində 388 zəlzələ qeydə alınıb. Yaponiya Milli Meteoroloji İdarəsinin məlumata görə, onların arasında ən güclüsü 7,3 və 7,1 bal gücündə olub. Son məlumata görə, təbii fəlakət nəticəsində 41 nəfər ölüb, 2 mindən çox insan müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

Yerli seysmoloqlar yeraltı təkanların hələ azı bir həftə davam edəcəyini və güclü təkanların təkrarlanacağını proqnozlaşdırırlar.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın