Şənbə , Aprel 20 2024
Ana səhifə / Köşə Yazarları / “Mətbuat Şurası şəhidlərimizlə bağlı xüsusi filmin çəkilişi üzərində işləyir” – Əflatun Amaşov

“Mətbuat Şurası şəhidlərimizlə bağlı xüsusi filmin çəkilişi üzərində işləyir” – Əflatun Amaşov

Məlum olduğu kimi, 2-5 aprel tarixində düşmən həmləsini dəf edən ordumuzun əks-hücuma keçərək bəzi yüksəklik və kəndləri erməni ordusundan təmizləməsi cəmiyyətdə böyük ruh yüksəkliyi və coşğuya səbəb oldu.

Maraqlıdır, Mətbuat Şurası 2-5 aprel tarixində təmas xəttində baş verən hərbi toqquşmaları və bu əməliyyatların nəticəsinin cəmiyyətdə doğurduğu təsiri nəzərə alaraq, vətənpərvərlik əhval-ruhiyyəsinin daha da güclənməsi üçün vətənpərvərlik mövzusunda jurnalist müsabiqəsi elan edəcəkmi? İndiki situasiyada buna ehtiyac varmı?

Məsələ ilə bağlı açıqlama verən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bu və bu qəbildən olan tədbirlərə ciddi ehtiyac duyulduğunu vurğulayıb:

Bəli, buna çox böyük ehtiyac var. Bu istiqamətdə planlarımız genişdir. Ağdam Rayon İcra Hakimiyyəti ilə birgə vətənpərvərlik mövzusuna həsr edilən müsabiqə olacaq. Bütün jurnalistlər bu müsabiqədə iştirak edə biləcəklər. Yekun tədbiri də Ağdamda planlaşdırırıq. Döyüş bölgələrini əhatə edən rayonların əksəriyyətində müxtəlif aspektlərdən yanaşılmaqla bu sayaq tədbirlərin keçirilməsi nəzərdə tutulur. Müdafiə Nazirliyi ilə də müxtəlif tədbirlərin keçirilməsi gözlənilir: media nümayəndələri arasında ümumi müsabiqənin  keçirilməsi, cəbhə bölgələrinə jurnalistlərin  səfərləri və s. Hazırda Mətbuat Şurası şəhidlərimizlə bağlı xüsusi filmin çəkişi və kitabın hazırlanması üzərində işləyir”. Moderator.az

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın