Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Fəzail Ağamalı: “Azərbaycanı nə fars şovinizmi, nə də digər imperiyalar əzə bilib”

Fəzail Ağamalı: “Azərbaycanı nə fars şovinizmi, nə də digər imperiyalar əzə bilib”

Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı noyabrın 6-da İranın dövlət kanalı olan “Kanal 2”-nin “2 Fitilə” adlı proqramında azərbaycanlıların təhqir edilməsinə və buna görə başlayan böyük etiraz aksiyalarına münasibət bildirib.

 

Deputat F.Ağamalı Publika.az-a açıqlamasında deyib ki, Cənubi Azərbaycanda soydaşlarımıza qarşı bu cür hərəkətlərin edilməsi birinci hal deyil. Onun sözlərinə görə, hazırda İranda fars şovinizmi tüğyan edir: “İranda soydaşlarımızın hüquqları kobud şəkildə tapdalanır. İndiyədək İranda Azərbaycan türkcəsində təhsil almağa, ictimai və dövlət qurumlarında türk dilində danışmağa və yazmağa imkan verilməyib. Azərbaycanlılara qarşı bu cür təhqirlər zaman-zaman mövcud olub və bu gün də davam edir. Əlbəttə ki, bütün bunlar fars şovinizminin Azərbaycan türklərinə qarşı uzun illərdən bəri davam etdirdiyi diskriminasiyanın tərkib hissəsidir. Ancaq Azərbaycan xalqını nə fars şovinizmi, nə də digər imperiyaların yaratdığı sərt münasibətlər sistemi əzə və sındıra bilib. Azərbaycan xalqı 70 il Sovet İmperiyasının əsarətində yaşasa da, dilimizi, milli adət-ənənələrimizi, mədəniyyətimizi unutdura bilməyiblər. Təbii ki, fars şovinizmi də Azərbaycan dilini soydaşlarımıza unutdura bilməyəcək. Mən Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza yönəlmiş bu cür təhqirləri qətiyyətlə pisləyirəm. Eyni zamanda Cənubdakı soydaşlarımızı birmənalı şəkildə dəstəkləyirəm və müdafiə edirəm”.

 

Xatırladaq ki, bu il noyabrın 6-da İranın dövlət kanalı olan “Kanal 2”-nin “2 Fitilə” adlı proqramında azərbaycanlılar təhqir edilib. Belə ki, proqramın “Hotel Fitilə” adlanan hissəsində hoteli pis qoxuya görə tərk etmək istəyən azərbaycanlı (türk) ata və oğulun saxta dastanı təsvir edilir. Təhqiramiz dastanda diş fırçası əvəzinə tualet fırçasından istifadə edən azərbaycanlı oğlan atası ilə birlikdə hoteldə pis iyin olmasına etiraz edir və sonda anlayırlar ki, elə bu qoxu oğlanın özündən gəlir…

 

Bu təhqiramiz verilişə görə 9 noyabr 2015-ci ildə Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Qəzvin və azərbaycanlıların yaşadığı digər yerlərdə etiraz aksiyası başlayıb.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın