Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanın bu rayonunda südün 1 litrini 100 manata satırlar – Video

Azərbaycanın bu rayonunda südün 1 litrini 100 manata satırlar – Video

Yevlax rayonunun Varvara kəndində yaşayan Elməddin İskəndərov 5 ildir ki, bir çox xəstəliklərə dərman olan uzunqulaq südünün satışı ilə məşğuldur. O deyir ki, bu heyvan hər sağımda təxminən 50 qram süd verir. Südün 10 qramını isə 1 manata satır. Avropa.info El TV-yə (Region TV) istinadən xəbər verir ki, alıcıların arasında Yevlax sakinləri ilə yanaşı, digər rayonlardan gələnlər də olur: “Şəki, Qax, Zaqatala və digər yerlərdən gəlirlər”.

Həkim Bahar Quliyeva isə bildirir ki, uzunqulaq südü orqanizmin müqavimətini artırır. Bu südün tərkibində olan protein, kalsium, lizosin, laktoloza kimi zülallar bir sıra xəstəliklərin müalicəsi üçün mühüm əhəmiyyət kəsb edir: “Dəri xəstəliklərində uzunqulaq südündən istifadə çox məsləhətlidir. Allergik xəstəliklərdə, bronxial astmada böyük rol oynayır.Son tədqiqatlara görə, uzunqulaq südü xərçəng xəstəliyinin, mədə-bağırsağın kompleks müalicəsində böyük əhəmiyyət kəsb edir. Bu süddən qızılca xəstəliyi zamanı uşaqların immunitetini qaldırmaq üçün istifadə edilir”.

Qeyd edək ki, hazırda 1 uzunqulaq 150-200 qram südünün qitmətinə, yəni 15-20 manatadır.

avropa.info

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın