Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Ermənilər Şuşada 250 yerlik yataqxana binası tikdi – VİDEO

Ermənilər Şuşada 250 yerlik yataqxana binası tikdi – VİDEO

Qondarma “Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin 25 illiyi”ni qeyd edən ermənilər işğal altında saxladıqları torpaqlarda bir sıra obyektlərin açılışını edib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, belə obyektlərdən biri Şuşa Texnoloji Universitetinin tələbələri üçün nəzərdə tutulan yataqxana kompleksi olub.
Erməni diasporunun ianəsi hesabına inşa edilən yaraqxana 250 tələbənin qalması üçün nəzərdə tutulub.
Qeyd edək ki, ötən gün həm də Laçının Zabux kəndi ərazisində Livan ermənilərinin maliyyəsi hesabına salınmış Ariavan kəındinin də açılışı baş tutmuşdu.
Modern.az separatçı rejimin və erməni diasporunun rəsmilərinin Şuşada qatıldığı həmin mərasimdən videosüjeti təqdim edir.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın