Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Erdoğanla Putinin barışdırılmasında Abbas Abbasov da iştirak edib?

Erdoğanla Putinin barışdırılmasında Abbas Abbasov da iştirak edib?

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə lideri Recep Tayyip Erdoğan arasında rəsmi barışıq avqustun 9-da Sankt Peterburqda baş verib.

Hadisənin üstündən az qala bir ay keçməsinə baxmayaraq Rusiyanın dövlət mediaları bu barışığın məhz Türkiyənin israrlı ricalarından sonra baş tutduğuna dair müxtəlif materialların dərcinə ara vermir.

Təşviq edilən əsas ideya budur ki, məhz “səhvini başa düşüb peşman olan Türkiyə başçısı “əziz hörmətli dostu Vladimirin” ayağına gəlib”.

Təhlilçilər bunu onunla izah edirlər ki, Rusiya cəmiyyətinin millətçi-vətənpərvər zümrəsi bu barışıqdan, “Erdoğanın lazıçınca cəzalandırılmamasından” narazı qalıb.

Bundan əvvəl Türkiyə-Rusiya barışıq missiyasında əsas və aparıcı rolu Qazaxıstan prezidenti Nursultan Nazarbayevin oynadığını Putinin özü təsdiq etmişdi.

Bundan sonra Rusiya və Türkiyə mediası məsələni bir az da dərin qazıb ikinci dərəcəli aktyorların adlarını ortaya çıxarmışdı. Onların arasında Rusiyada böyük biznes maraqları olan iri türk sahibkarı Cavit Çağların və Dağıstan prezidentiRamazan Abdulatipovun adları çəkilirdi.

Çağlar o çağlar idi…

İndi isə Rossiya 24 xəbər telekanalında yayınlanmış yeni qısametrajlı sənədlifilmdə biznesmen bildirir ki, onun Abdulatipovla kommunikasiyasında Azərbaycanın keçmiş baş nazirinin mavini Abbas Abbasov da iştirak edib (5:44).

Anna Afanasyevanın “Gizli diplomatiya” reportajında Abbas Abbasovun barışdırma missiyasındakı rolu xırdalanmayıb. Hələlik Abbas Abbasovun özündən də bu xəbərə hər hansı reaksiya səslənməyib.

1992-2006-cı illərdə Azərbaycanın Baş nazirinin Birinci müavini olan Abbas Abbasov hazırda Rusiyada yaşayır. Onun bizneslə məşğul olması, Putin administrasiyası ilə yaxınlığı barədə mediada məlumatlar yayılır. Abbas Abbasov bir müddət Rusiyadakı azərbaycanlıların “Azərros” adlı qurumunda da Ağsaqqallar Şurasında təmsil olunub.

Bu reportajda Çağların özü də keçmiş SSRİ-dəki dostlarını xatırlayır və onların arasında Heydər Əliyevin də adını çəkir. Lakin konkret olaraq bu missiyada Azərbaycanın hər hansı bir rol oynadığını dilə gətirmir.

Cavit Cağların özünə gəlincə isə, bu ziddiyyətli şəxs haqqında Azərbaycan mediasında kifayət qədər söhbət açılıb.

Məsələn, 1Xəbər saytı avqustun 9-da yaydığı materialda bildirirdi ki, “Heydər Əliyevə Naxçıvanda və Bakıda olarkən Türkiyənin yardımlarını da ona Süleyman Dəmirəllə yaxın olan Çağlar çatdırmışdı”. Azadliq.org

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın