Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Elşad Abdullayevin bacısı oğlunun namizədliyi qeydə alınmadı

Elşad Abdullayevin bacısı oğlunun namizədliyi qeydə alınmadı

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında seçkilərlə əlaqədar quruma daxil olmuş müraciətlərə baxılıb.

“Qafqazinfo” xəbər verir ki, 57 saylı Kürdəmir seçki dairəsindən namizədliyini irəli sürmüş Azad Mürsəliyev namizəd kimi qeydə alınmamasından DSK-nın qərarını mübahisələndirib. DSK qeyd edib ki, namizəd öz gəlirləri barədə seçki sənədinə düzgün məlumat daxil etməyib. İşçi Qrupu qərara alıb ki, namizəd gəlirlərini gizləyirsə, seçici imzalarının yoxlanılmasına gərək qalmır.

Müsavat Partiyasının 79 saylı İmişli seçki dairəsindən namizədliyini irəli sürmüş Əkbərli İltizam bildirib ki, 534 imza etibarlı hesab edilsə də, əmlak barədə seçki sənədlərini düzgün daxil olunmadığını qeyd edib. Araşdırma prosesində gəlirləri və mülkiyyət barədə yoxlanılma prosesinə başlanılıb. Müəyyən olunub ki, torpaq sahəsinin dövlət reyestrində onun adına keçməmişdir, ona görə də onun torpaq üzərində mülkiyyət hüququ yoxdur. Beləliklə, DSK-nın qərarından imtina edilərək İltizam Əkbərlinin namizədliyi qeydə alınıb.

Qeyd edək ki, Azad Mürsəliyev bir neçə il əvvəl bağlanan ABU-nun rektoru Elşad Abdullayevin bacısı oğludur.

***

19 saylı Nərimanov seçki dairəsindən namizədliyini irəli sürmüş Mübariz Rəhimli namizədliyinin qeydə alınmaması ilə bağlı müraciət edib. DSK öz qərarını etibarlı seçici imzalarının yetərli sayda olmaması ilə əlaqələndirib. İşçi Qrupunun araşdırmasında da məlum olub ki, namizədin qeydə alınması üçün yetərli imza yoxdur. Beləliklə, MSK DSK-nın qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Mübariz Rəhimli REAL Hərəkatı tərəfindən namizədliyi irəli sürülüb.

MSK üvzü Akif Qurbanov məsələ ilə bağlı çıxış edərək bildirib ki, hakim partiyanın namizədləri qeydə alınsa da, müxalifət nümayəndələrinin namizədliyi qeydə alınmır.

MSK sədri Məzahir Pənahov qeyd edib ki, bəzi dairələrdə namizədə təqdim edilən cavab bir cümlədən ibarət çıxarış olur: “ Buradan da hiss olunur ki, ya sədr yerində deyil, ya da bu işlə məşğul olan adam işini düzgün yetirmir”.

***

32 saylı Suraxanı seçki dairəsindən namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş Əliyev Namiq namizədliyinin qeydə alınmaması ilə bağlı DSK-nın qərarını mübahisələndirib. DSK öz qərarını onunla əsaslandırıb ki, etibarlı imza sayları yetərli olmayıb. İşçi qrupu qərara alıb ki, 475 imza yetərli olduğu üçün onun namizədliyi qeydə alınmalıdır.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın