Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Yenə Hacı İbrahim, yenə borc davası…

Yenə Hacı İbrahim, yenə borc davası…

“Bakı Mexanikləşdirmə” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Avesta” konserni Məhdud Məsuliyyəti Cəmiyyətini məhkəməyə verib.

ASC borcun qaytarılması barədə tələb irəli sürüb. İddia olunan borcun məbləği açıqlanmır. İddiaya 2 saylı Bakıİnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, “Avesta” konserninin sahibi tanınmış iş adamı Hacı İbrahim Nehrəmlidir. Tərkibinə bir neçə şirkət daxil olan “Avesta” konserni çoxmərtəbəli yaşayış binaların və digər obyektlərin tikintisi ilə məşğul olur.

1958-ci ildən fəaliyyət göstərən “Bakı Mexanikləşdirmə” şirkəti isə sənaye və mülki obyektlərin, eləcə də çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirir (“Report”).

Azinforum.az xatırladır ki, “Beynəlxalq Bank işi”ndə əsas fiqurantlardan biri olan iş adamı son vaxtlar ciddi maliyyə sıxıntısı içindədir. Onun digər şirkətlərə, banklara və fiziki şəxslərə də külli miqdarda borcu var. Hacı İbrahimin borclarının məcmu məbləği yarım milyard manata çatır.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın