Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Eldəniz Quliyev: “Maqsud İbrahimbəyov müxalifətdə olub”

Eldəniz Quliyev: “Maqsud İbrahimbəyov müxalifətdə olub”

“Maqsud İbrahimbəyovun yas mərasiminə qatılmağımızı müzakirəyə çıxarmaq mənəviyyatdan, tərbiyədən kənar bir şeydir. Bu məsələ barədə deyilənləri də qəbul etmirəm. Çünki bu, müzakirə mövzusu deyil”.

Bunu Milli Şuranın üzvü Eldəniz Quliyev deyib.

E.Quliyev bəzi müxalifətçilərin Milli Şura üzvlərini xalq yazıçısı Maqsud İbrahimbəyovun yas mərasiminə qatılmalarını tənqid etmələrinə münasibət bildirərkən qeyd edib ki, bu, doğru yanaşma deyil: “Cəmil Həsənlini, Milli Şura üzvlərini bu məsələyə görə tənqid etmək bəzilərinin özlərini təsdiqlətmək həvəsindən irəli gəlir. “Maqsud İbrahimbəyov həmişə müxalifətin əleyhinə olub” fikrini qəbul etmirəm. Çünki bu sözü deyənlərin çoxu proseslərin əvvəlindən xəbərsizdirlər. Maqsud İbrahimbəyov həmişə öz sözünü deyən adam olub. Onun əsərlərinə baxanda görünür ki, bu adam qatı müxalifətdə olub. Amma o, həyatının bir hissəsində çox böyük səhvlər edib. Buraya qətlə yetirilən jurnalist Elmar Hüseynovla mübahisəsi, müxalifətə sayğısızlığı da aiddir. O, həyatı boyu bu mövqedə olmayıb axı… Maqsud müəllim sovet dövründə müxalif insanlardan sayılırdı. Mən 45 il bundan əvvəl Maqsud İbrahimbəyovla bir yerdə çalışmışam. Məsələnin başqa tərəfi də odur ki, biz onun qardaşı Rüstəm İbrahimbəyovla 50 ilin dostuyuq, mən necə Maqsud İbrahimbəyovun yasına getməyim?!”

Qeyd edək ki, Azərbaycanın xalq yazıçısı M.İbrahimbəyov 81 yaşında dünyasını dəyişib. O, I Fəxri xiyabanda torpağa tapşırılıb.(Report)

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın