Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Sabah qar yağacaq – Proqnoz

Sabah qar yağacaq – Proqnoz

Martın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, şimal-şərq küləyi, günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 5-8, gündüz 11-16, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 85-95 %, gündüz 65-75 % təşkil edəcək.

Qərb rayonlarından başlayaraq, yağış yağacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Yağışın bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11, gündüz 13-18, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın