Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Sosial / Azad Rəhimov deputatları güldürdü…

Azad Rəhimov deputatları güldürdü…

“Azərbaycan Milli Antidopinq Agentliyini NADA kimi deyil, elə Azərbaycan dilində olmasını təklif edirəm. Yəni agentliyin adının milli dilimizdə olması daha yaxşı olar”.
Bu təkliflə Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Sevinc Fətəliyeva çıxış edib.
O bildirib ki, qanunun dili çox elmidir: “Qanunda elmi terminologiyadan çox geniş istifadə olunub. Bunun sadələşdirilməsini təklif edirəm”.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Milli Antidopinq Agentliyinin adının nəyə görə Azərbaycan dilində olmamasını öz adı ilə bağlayıb:
“Düzdür, əvvəl təklif olunmuşdu ki, Azərbaycan Milli Antidopinq Agentliyinin qısa forması AZADA olsun. Amma mən özüm buna razılaşmadım”.
Nazir Azad Rəhimovun belə deməsindən sonra nazir özü və iclasdakı deputatlar, qonaqlar gülüblər.

Həmçinin oxuyun

Valideynlər, əliniz cibinizdə olsun: məktəbli yarmarkalarındakı – QİYMƏTLƏR

Düz 25 gündən sonra yeni tədris ili başlayır. Bu ərəfədə valideynlərin əsas işi uşaqları məktəbə …

Bir cavab yazın