Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Yağışa görə dağılan yollar bərpa olundu

Yağışa görə dağılan yollar bərpa olundu

Ötən həftə intensiv yağışlardan sonra Beynəlxalq Avtovağzal kompleksinin qarşısındakı yolda yaranmış çatlar artıq bərpa olunub.

“ Azinforum.az ” “Azəravtoyol” ASC-ə istinadən xəbər verir ki, çatlar yolun Bakı Dairəvi-1 avtomobil yoluna birləşən hissəsində yaranmışdı.

Əraziyə baxış keçirilən zaman məlum olub ki, yolun çiyin hissəsində səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş küvetlərin bəzi hissələrindən su torpağa sızır. Bu sızma nəticəsində həmin hissədə çiyinlərin tökmə torpaq layında yumuşalma gedib və asfalt-beton örtükdə çatlar əmələ gəlib. Dərhal bu barədə yolun inşasını həyata keçirən podratçı şirkətə məlumat verilib və sözügedən hissə qısa müddət ərzində bərpa olunub, torpağa su sızmasının qarşısı alınıb.

Yağışa görə dağılan yollar bərpa olundu

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın