Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / “Azərbaycan bu təyinatı çoxdan gözləyirdi” – Deputatlar

“Azərbaycan bu təyinatı çoxdan gözləyirdi” – Deputatlar

Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyevin imzaladığı sərəncamla ölkəmizin birinci xanımını, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin edilib.

Millət vəkilləri bu təyinata münasibət bildiriblər.

Deputat Musa Quliyev AzVision.az-a bildirib ki, bu təyinat ölkəmiz üçün mühüm hadisədir. O, vurğulayıb ki, birinci vitse-prezident Mehriban Əliyeva öz ictimai-siyasi fəaliyyəti ilə dövlətçiliyin möhkəmlənməsində, Azərbaycanın beynəlxalq imicinin dünyada formalaşmasında göstərdiyi davamlı xidmətləri ilə çoxdan bu statusu xalqın qəlbində, ürəyində qazanmışdı: “Belə bir təyinatın olması Heydər Əliyev siyasətinin daha uzun müddət davamlı həyata keçirilməsi, modern Azərbaycanın qurulması, ölkəmizdə sabitliyin möhkəmlənməsi, yeni post-neft dönəmində dərin islahatların aparılması üçün çox vacib bir təyinatdır. Hesab edirəm ki, bu, bütün Azərbaycan xalqının ürəyincə olan bir təyinatdır.

M.Quliyev bildirib ki, Mehriban Əliyeva iqtidar partiyası olan Yeni Azərbaycan Partiyasının sədr müavini kimi də böyük siyasi nüfuza malik şəxsdir və onun fəaliyyətini bütün Azərbaycan xalqı dəstəkləyir: “Mehriban Əliyevanın millət vəkili kimi Xəzər rayonunda apardığı fəaliyyət nümunəvidir. O, xalqın etimadını, dəstəyini qazanıb. Şübhəsiz ki, vitse-prezident institutunun yaradılması idarəetmənin daha da mükəmməlləşməsi, optimallaşdırılması üçün kontitusiya dəyişikliyində xalqın iradəsini ifadə edən addımdır. Birinci vitse-prezidentin Mehriban Əliyevanın şəxsində fəaliyyəti heç şübhəsiz ki, Azərbaycan dövlətinin yeni-yeni uğurlarına töhfə verəcək”.

Millət vəkili Məlahət İbrahimqızı isə AzVision.az-a qeyd edib ki, Azərbaycan bu təyinatı çoxdan gözləyirdi: “Mehriban Əliyeva öz fəaliyyəti ilə təkcə Azərbaycanda deyil, bütün dünyada çox böyük nüfuz qazanıb. O, həyata keçirdiyi uğurlu layihələrə təkcə öz adını yox, bütövlükdə Azərbaycanın, xalqın adını yazdırıb. Mehriban Əliyeva Azərbaycanda, istər təhsil, istər mədəniyyət, istər incəsənət, istər gənclər, istər humanitar sahələrdə unikal layihələr həyata keçirib. Mehriban Əliyeva Azərbaycanın dünyaya tanıdılması istiqamətində böyük işlər görüb. Onun Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasındakı xidmətləri əvəzolunmazdır. Mehriban Əliyeva Azərbaycan musiqisinin, mədəniyyətinin dili ilə bu həqiqətləri dünyaya çatdırıb. Azərbaycanın maddi-mənəvi irsinin qorunmasında, inkişaf etdirilməsində və beynəlxalq səviyyədə tanıdılmasında çox böyük işlərə imza atıb. Hesab edirəm ki, Mehriban Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondu və şəxsən öz təşəbbüsü ilə bir hökumətin gördüyü qədər iş görüb.

Ona görə də Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsi gözlənilən idi. İctimaiyyət arzu edirdi ki, Mehriban Əliyeva daha böyük səlahiyyətlərə malik olsun ki, daha böyük işlər görsün. Əminik bi, bu təyinat həm dövlətimizə, həm də xalqımıza böyük fayda gətirəcək”.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın