Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / General Qurbanov babasının və qohumlarının əmlakına həbs qoyulmasına etiraz edir

General Qurbanov babasının və qohumlarının əmlakına həbs qoyulmasına etiraz edir

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, cinayət işi Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrlik etdiyi kollegiyada Sabunçu rayon Məhkəməsində araşdırılır.

Hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Jurnalistlərə açıqlama verən Fizuli Əliyevin vəkili İlham Əsədov deyib ki, istintaq zamanı Fizuli Əliyevin babasına məxsus evə, ona adiyyatı olmayan qohumlarına məxsus evlərə həbs qoyulub.

Vəkil bu səbəbdən cinayət işinin istintaqa qaytarılması, bəzi sübutların sübutlar siyahısından çıxarılması barədə vəsatətlər verdiklərini söyləyib.

Digər vəsatət isə Sübahir Qurbanovun məcburi müalicəyə göndərilməsi barədə olub.

Vəkilləri Sübahir Qurbanovun səhhətində problem olduğunu deyir. Məhkəmə vəsatətləri baxılmamış saxlayıb.

Proses fasilədən sonra davam edəcək.

İttihama görə, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri – Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun 2004-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.

Dəstə üzvləri sahibkarlara psixi və fiziki zorakılıq göstərməkdə, sərbəst buraxılmaları müqabilində həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə külli miqdarda pul tələb etmədə ittiham edilirlər.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın