Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / “Ayaz Mütəllibovun Milli Məclisdə 3 partiyası yer alıb”

“Ayaz Mütəllibovun Milli Məclisdə 3 partiyası yer alıb”

VİP sədrindən ilginc açıqlama…

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev “Yeni Müsavat”a açıqlamasında Azərbaycanın yeni Milli Məclisində eks-prezident Ayaz Mütəllibova bağlı üç partiyaya təmsilçilik verildiyini bəyan edib. Əli Əliyev bunu Rusiya faktoru ilə əlaqələndirib. 
Onun fikrincə, məhz Moskvanın dəst-xəttinin olması yeni parlamentdə özünü daha qabarıq göstərir: “Dünya ilə qarşıdurma, bəzi məqamlarda müharibə fazasında yaşayan Rusiyaya tərəf meyil edildiyi 1 noyabr seçkilərində açıq sezildi. Bizim ”Yanukoviç” statusunda olan, 20 il Moskvada gizlənmiş Ayaz Mütəllibovun bugünkü Milli Məclisdə 3 siyasi partiyası yer alıb. Bunun qarşılığında Azərbaycanın Avroatlantik məkanda yer almasına tərəfdar olan bir nəfər belə müstəqil siyasətçi parlamentə buraxılmayıb. Azərbaycan parlamenti Qərbə inteqrasiya xəttinin tərəfdarı olanlardan tamamilə təmizlənib və Moskvayönlü şəxslərin çoxluq təşkil etdiyi parlamentə çevrilib”.
“Ayaz Mütəllibovun üç partiyası parlamentdə yer alıb” deyərkən hansı partiyaları nəzərdə tutursunuz” sualına Əli Əliyev “Vəhdət Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası və Vətəndaş Birliyi Partiyasını nəzərdə tuturam” cavabını verdi.
Qeyd edək ki, Vəhdət Partiyası və ASDP sədrlərinin deputat mandatı əldə etməsi nəticəsində YAP iqtidarı dövründə ilk dəfə ötənilki seçkilərdə parlamentə düşüblər. Vətəndaş Birliyi Partiyası isə sədri Sabir Hacıyevin deputat mandatı daşımasının hesabına 2005-ci ildən parlament partiyasıdır. Lakin ciddi bir fəaliyyəti nəzərə çarpmır. Bu partiyaların Ayaz Mütəllibovla hansı şəkildə əlaqəli olmasına gəlincə, Ayaz Mütəllibov müxtəlif zamanlarda Vətəndaş Birliyi Partiyasının və ASDP-nin həmsədri olub. Vəhdət Partiyasının isə üzvü olmayıb. Sadəcə olaraq Vəhdət Partiyası radikal müxalifətdə olduğu dövrlərdə bir müddət Ayaz Mütəllibova simpatiya bəsləyib və onu müdafiə edib.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın