Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Bakının su təhlükəsizliyi məsələsi yenidən məhkəməyə çıxarıldı

Bakının su təhlükəsizliyi məsələsi yenidən məhkəməyə çıxarıldı

Yanvarın 11-də 2 saylı İnzibati İqtisad Məhkəməsində hakim Rüstəm Kərimovun sədrliyi Bakının Şərq hissəsinin – Nizami, Xətai, Səbayel, Suraxanı və Sabunçu rayonlarının içməli su təhlükəsizliyinə birbaşa aidiyyəti olan daha bir məhkəmə çəkişməsi olacaq.

Məsələ üzrə illərdir davam edən məhkəmə prosesləri yekun olaraq yeganə suala – Nizami rayonu, Çobanzadə küçəsi 45 ünvanında yerləşən mübahisəli torpaq sahəsindən 1200 və 1400 mm diametrli su borularının keçib-keçmədiyinə aydınlıq gətirilməsinə söykənir. İlk baxışdan belə görünür ki, bu məsələni aydınlaşdırmaq su içmək qədər asandır. Amma reallıq başqadır.
İddiaçı hesab edir ki, məhkəmə icraçıları icarə müqaviləsi əsasında ona icarəyə verilmiş Nizami rayonu, Çobanzadə küçəsi 45 ünvanında yerləşən və xüsusi dövlət mülkiyyəti olan torpaq sahəsinin üzərindəki hasarı əsas olmadan söküblər.  Yada salaq ki, bir qədər əvvəl Bakı Apelyasiya Məhkəməsinin İnzibati İqtisad kollegiyasında hakim Rövşanə Vəliyevanın sədrliyi ilə T.Həmidovanın digər iddiası üzrə araşdırmalar aparılıb. Əraziyə traktor gətirilərək qazıntı işləri aprılıb. 1200 mm boru xətti müəyyən olunsa da, 1400 mm boru kəməri müəyyən olunmayıb. Hazırkı iddia məhkəmənin icraatına götürüldükdən az sonra isə T.Həmidovanın icarəsində olan torpaq sahəsinin altında yerləşən magistral boru kəmərindən güclü su sızması baş verib, Çobanzadə küçəsindəki bir çox tikililəri, həmçinin iş üzrə məhkəmədə tərəf kimi çıxış edən “Buxar” Kollektiv Müəssisəsinin ərazisini su basıb. Bununla əlaqədar T.Həmidovaya məxsus torpaq sahəsində “Azərsu” ASC-nin qəza briqadası qazıntı işləri aparıb. Qazıntı işləri zamanı 1200 mm magistral boru kəməri ilə yanaşı 1400 mm-lik boru kəməri də müəyyən edilib. Məlum olub ki, həmin boru kəməri məhkəmə icraçıları tərəfindən sökülən hasarın altından keçirmiş. Beləliklə də qəza məhkəmədə araşdırma mövzusuna çevrilmiş məsələnin mahiyyətini itirib.
Ümumiyyətlə isə Bakının su təhcizatı lahiyələndirildiyi dövrdə, ötən əsrin 60-70-ci illərində çəkilən magistral boru kəmərlərinin pasportlaşdırlması həyata keçirilməyib. Buna görə də magistral boru kəmərlərinin bir çoxunun dəqiqliyi ilə torpaq sahələrinin hansı hissəsindən keçdiyi təxmini bilinir. Bu da sonda torpaq icarəçiləri, sahibləri ilə “Azərsu” arasında məhkəmə çəkişmələrinə gətirib çıxarır. 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın