Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / “Adam nə parlamenti yarıdır, nə dəmir yollarını” – Azər Həsrətdən Cavid Qurbanova kəskin irad…

“Adam nə parlamenti yarıdır, nə dəmir yollarını” – Azər Həsrətdən Cavid Qurbanova kəskin irad…

“Cavid Qurbanov həm “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisidir, eyni zamanda deputatdır. Adam nə parlamenti yarıdır, nə dəmir yollarını”. 

Bu sözləri Sonxeber.az-a Bakı-Gəncə sürət qatarının sürətinin zəifliyindən şikayətlənən Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib.

Azər Həsrətin sözlərinə görə, Azərbaycanda dəmir yolu yoxdur:

“Bu yaxınlarda Gəncəyə sürət qatarı açılıb. Qatar əladır, bəs, sürət? Sürət 90-140 arası km göstərir. Bu sürətdir? Xeyr! Bakıdan Gəncəyə 340-350 kmilometrdir. Qatar Gəncəyə 2 saata getmək əvəzinə, 4 saata gedir. Dörd saata Gəncəyə gedən qatarı sürət qatarı hesab etmək olar? Azərbaycanda dəmir yolu yoxdur. Cavid Qurbanov dəmir yolları ilə məşğul olsa daha yaxşı olar. Parlamentdə kürsünü boş-boş məşğul etməsin. Onun kürsüsündə Azərbaycana fayda verən biri oturmalıdır”. 

Gülnarə Eynullaqızı

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …