Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / 10 min dollardan artıq kreditlərlə bağlı da təkliflər hazırlanıb

10 min dollardan artıq kreditlərlə bağlı da təkliflər hazırlanıb

Son vaxtlar 10 min dollardan çox olan problemli kreditlərlə bağlı güzəştlərin ediləcəyi bildirilir. Bu barədə yerli KİV-lərdə müxtəlif məlumatlar yayılıb.

İqtisadçı-deputat Vahid Əhmədov bununla bağlı azvision.az -a açıqlamasında bildirib ki, 10 min dollardan çox olan problemli kreditlərə dair müəyyən təkliflər mövcuddur.

Deputat şəxsən özünün də təkliflər irəli sürdüyünü deyib: “Biz hazırladığımız təklifləri təqdim edəcəyik. Bununla bağlı iş gedir, hansı qərarın qəbul olunacağını dəqiq deyə bilmərəm”.

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. 22 aprel 2019-cu il tarixindən etibarən kredit təşkilatları və poçt rabitəsi milli operatoru vətəndaşlara kompensasiya ödənişlərinin verilməsinə başlayıb. Kompensasiya alacaq şəxslərin sayı 602.347 nəfər təşkil edir.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …