Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Bakının daşınmaz əmlak bazarında qiymətlər artıb

Bakının daşınmaz əmlak bazarında qiymətlər artıb

“Bu ilin əvvəlindən indiyədək Bakının daşınmaz əmlak bazarında qiymətlərdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 6%-lik artım var”.

Bu barədə “Report”a bazarı araşdıran “MBA” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimovməlumat verib.
Onun sözlərinə görə, alıcılıq qabiliyyətində də artım var: “Bu özünü bazarda müşahidə olunan aktivlikdə, həm sayda, həm də qiymətlərdə özünü göstərir”.
N.İbrahimov deyib ki, ümumiyyətlə 2019-cu il ərzində daşınmaz əmlak bazarında qiymət artımı proqnozlaşdırılır: “Belə ki, qiymət artımı təqribən 6-8% civarında olması gözlənilir.
Ekspert həmçinin əlavə edib ki, bu il mənzil bazarında ola bilsin ki, 5-6%-lik artım olsun: “Lakin torpaq bazarında 5-6%-lik artımdan daha çoxunu gözləyirik. İcarə bazarında 4-5%, mənzillərin kirayəsində isə qiymət artımı 7-8% ola bilər”.
O, Azərbaycanda əmlak alanlar barədə danışarkən qeyd edib ki, ölkədə əmlak satınalanlar azərbaycanlılardır: “Xaricilərin – ərəblərin, ingilislərin ölkədə kütləvi şəkildə əmlak almalarına rast gəlməmişəm. Bu kimi hallar az olur”. 

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …