Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Əbülfəs Qarayev səfirlə görüşdü -Foto

Əbülfəs Qarayev səfirlə görüşdü -Foto

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrabı qəbul edib.
Moderator.az xəbər verir ki, görüşdə Azərbaycan və Almaniya arasında münasibətlərin perspektivləri, mədəniyyət və turizm sahəsində əlaqələrin inkişafı üçün əməkdaşlıq məsələləri müzakirə olunub.
Əbülfəs Qarayev prezident İlham Əliyevin Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında sərəncamı və alman yaşayış məntəqələrinin salınmasının 200 illik yubileyinin YUNESKO-nun yubileylər proqramı daxil edilməsinin iki ölkə arasında münasibətlərin inkişafı və xalqlar arasında əlaqələrin dərinləşməsində rolunu qeyd edib.
Görüşün sonunda nazir Əbülfəs Qarayev səfir Mixael Kindsqrabı 2017-ci ilin aprel ayında Bakıda keçiriləcək IV Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.
“Əbülfəs Qarayev səfirlə görüşdü

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın