Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Vacib razılaşmalar əldə olunub” – Elmar Məmmədyarov

“Vacib razılaşmalar əldə olunub” – Elmar Məmmədyarov

“Xəzər dənizinin bir çox prinsipial məsələlərinə dair vacib razılaşmalar əldə olunub”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Fəcr” qəzetinə müsahibəsində deyib.

XİN başçısı qeyd edib ki, Xəzər dənizi Xəzər regionu ölkələrinin xalqlarının iqtisadi inkişafı və rifahına, həmçinin dünya enerji təhlükəsizliyinin təmin olunmasına yönələn bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir: “Xəzər dənizindən enerji resurslarının əldə olunması və beynəlxalq bazarlara nəqli ilə bağlı investisiya mühitinin yaxşılaşdırılması, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, etibarlı və təhlükəsiz əlaqələrin yaradılması, həmçinin yüksək gəlirli və ekoloji cəhətdən təmiz texnologiyanın cəlb olunması ilə bağlı məsələlər Xəzəryanı dövlətlərin vacib prioritetləri olaraq qalır”.
E.Məmmədyarov bildirib ki, Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı konvensiyanın əksər maddələri, demək olar ki, ümumilikdə 80 faizə qədəri Xəzəryanı dövlətlər tərəfindən razılaşdırılıb: “Xəzər dənizinin hüquqi statusu ilə bağlı Azərbaycan tərəfinin mövqeyi belədir ki, statusla bağlı bütün məsələlər Xəzəryanı dövlətlərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə hörmət göstərilməsi, bir-birilərinin daxili işlərinə qarışmaması və qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda, həmçinin tərəflər arasında, xüsusən regional sabitlik, təhlükəsizlik və Xəzər hövzəsində iqtisadi və elmi-tədqiqat fəaliyyəti ilə bağlı məsələlərdə inam və etibarın möhkəmləndirilməsi yolu ilə həll olunmalıdır”.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın