Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Xaləddin İsgəndərov “Binəqədi” qəzetini bağladı

Xaləddin İsgəndərov “Binəqədi” qəzetini bağladı

Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi orqanı olan “Binəqədi” qəzeti bağlandı.
Gununsesi.info-ya daxil olan məlumata görə əvvəllər həftədə bir dəfə, 2015-ci ilin oktyabır ayından isə ayda iki dəfə çıxan “Binəqədi” qəzeti rəsmi olara fəaliyyəti dayandırıb.
Məlumatda bildirilir ki, artıq redaksiyada “təhvil- təslim” işləri gedir: “Yəni, İcra Hakimiyyətinin işçiləri bu gün səhər saatlarında redaksiyaya gələrək orda olan avadanlıqları yığışdırıb aparıblar”.
Qeyd edək ki, Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi orqanı olan “Binəqədi” qəzeti 2013-cü ilin yanvar ayında 12 illik fasilədən sonra fəaliyyətini bərpa etmişdir.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın