Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / SOCAR-ın da reytinqi aşağı salındı

SOCAR-ın da reytinqi aşağı salındı

“Standard&Poor’s” (“S&P”) beynəlxalq reytinq agentliyi SOCAR-ın uzunmüddətli kredit reytinqini “BB+” səviyyəsindən “BB”-dək endirib.

“ Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, bu barədə reytinq agentliyinin yaydığı məlumatda bildirilir.

Reytinq üzrə proqnoz “stabil” olaraq qalır.

Agentliyin proqnozuna əsasən neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar SOCAR-ın borclanması müəyyən qədər artacaq.

Bununla yanaşı, agentliyin analitikləri bildirir ki, SOCAR kapital xərclərini azaltmaqla müsbət yöndə idarəolunan pul axınını həyata keçirə bilər.

Məlumatda həmçinin qeyd edilib ki, hökumət dövlət şirkətinə dəstək verməkdə davam edəcək.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın