Ana səhifə / Cəmiyyət / Deputatın milyon yarımlıq evi üzə çıxdı – Foto

Deputatın milyon yarımlıq evi üzə çıxdı – Foto

Deputat Elmira Axundovanın qocaman jurnalist Feyruz Həşimov arasında məhkəmə çəkişməsi apellyasiya instansiyasında davam edir.

“ Azinforum.az ” ın azadliq.info-ya istinadən məlumatına görə, fevralın 3-də Bakı Apellyasiya Məhkəməsində bu iş üzrə keçirilən məhkəmə prosesində 78 yaşlı Feyruz Həşimov və onun nümayəndəsi deputatın əmlakı, həmçinin oğlu Həbib Axundovun əməlləri barədə bir sıra ciddi faktlar ortaya qoyub.

Feyruz Həşimovun nümayəndəsi Tahir Əlirzayev məhkəməyə Elmira Axundova və oğlunun çox baha qiymətə yeni mənzil alması barədə sənəd təqdim edib. “Abşeron” Mənzil-Tikinti Kooperativinin möhürlü, imzalı arayışından görünür ki, Elmira Axundova və oğlu Həbib Axundov bir müddət əvvəl şəhərin mərkəzində, çox bahalı “Port Baku Residense”də iki mənzil alıb, özü də avtomobil üçün dayanacaqları ilə birlikdə.

“Elmira Axundova deputatdır, oğlu da Dövlət Gömrük Komitəsinin növbətçi hissəsində işləyir. Maaşı da cəmi 486 manatdı. Nə özünün, nə də oğlunun kommersiya ilə məşğul olmaq hüququ var. Qanun bunu onların hər ikisinə qadağan edir. Bu adamlar hansı pulla kvadrat metri 4000 manatdan milyon yarıma ev alıblar? Feyruz Həşimov isə pensiya ilə heç özünə dərman ala bilmir…”, – deyə Tahir Əlirzayev bildirib.

Qeyd edək ki, Elmira Axundova Feyruz Həşimovu 2015-ci ilin mayında “Gündəlik Bakı” qəzetində dərc olunan yazılara görə məhkəməyə verib. Deputat həmin məqalələrdə özü və oğlu barədə fikirlərlə şərəf və ləyaqətinin təhqir olunduğunu, ona böhtan atıldığını iddia edərək, məhkəmədə ona qarşı 100 min manatlıq iddia qaldırıb. Deputat həmin yazılara görə təkzib verilməsi, üzr istənilməsi və 100 min manat da kompensasiya tələb edir. Xətai Rayon məhkəməsi deputatın iddiasını təmin edib, lakin təzminat məbləği 100 min yox, 5000 müəyyənləşdirilib. Deputat da bundan narazı qalaraq, apellyasiya şikayəti verib.

Eyni zamanda, cavabdeh Feyruz Həşimov da apellyasiya şikayəti verib.

mtk

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın