Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Ramil Usubov Şəhidlər Xiyabanını ziyarət etdi – Foto

Ramil Usubov Şəhidlər Xiyabanını ziyarət etdi – Foto

Daxili İşlər Nazirliyinin rəhbərliyi 2 iyul – polis əməkdaşlarının peşə bayramı münasibətilə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib.
Report-un məlumatına görə, ziyarətdə Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə DİN-in Kollegiya üzvləri, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşlar iştirak ediblər.
DİN rəhbərliyi əvvəlcə ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidə kompleksi önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq Zərifə Əliyevanın xatirəsi də ehtiramla yad olunub.
Sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər xiyabanında “Əbədi Məşəl” abidəsi ziyarət edilib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın