Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Rusiyadan Azərbaycana gələnlərin sayı artıb

Rusiyadan Azərbaycana gələnlərin sayı artıb

Bu ilin I rübündə Azərbaycandan Rusiyaya səfər edənlərin sayında azalma müşahidə olunur.
Fins.az APA-ya istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycandan Rusiyaya 159 min nəfər səfər edib ki, bu da ilin əvvəli ilə müqayisədə 6,5% azalma deməkdir. Ümumilikdə, Rusiyaya səfər edənlərin sayına görə, Azərbaycan 5-ci yeri tutur. Nə qədər qəribə olsa da, birinci yerdə Ukrayna qərarlaşıb (1 mln. 212 min nəfər, 16,8% azalma). İkinci yeri Qazaxıstan (599 min nəfər, 50,2% azalma), üçüncü yeri Polşa (365 min nəfər, 12,1% azalma), dördüncü yeri isə Finlandiya (305 min, 5,9% azalma) tutur.
Bu ilin ilk 3 ayında Rusiyadan Azərbaycana səfər edənlərin sayında isə artım müşahidə olunur. Belə ki, şimal qonşumuzdan ölkəmizə 106 min nəfər səfər edib ki, bu da 1,9%-lik artım deməkdir.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın