Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Prezidenti söyən “mühacir”i qohumları Bərdədən niyə qovubmuş? – İfşa

Prezidenti söyən “mühacir”i qohumları Bərdədən niyə qovubmuş? – İfşa

Bərdə rayonundan əxlaqsız həyat tərzi və hərəkətlərinə görə öz yaxınları tərəfindən qovulmuş Piriyev Rafael Fizuli oğlu Avropa dövlətlərindən birinə sığınıb

FİA.Az xəbər verir ki,
R.Piriyev Qərb ölkələrinin birindən sığınacaq istəməsini siyasi baxışlarına görə Azərbaycan hökuməti tərəfindən təqib olunması ilə izah edib.

Guya Azərbaycanda olduğu dövrdə fikirlərinə, vətəndaş mövqeyinə görə hakimiyyət Piriyevə təzyiq, basqı göstərib, hüquq-mühafizə orqanları tərəfindən təhdid edilib.

Piriyev Avropada məskunlaşdıqdan sonra internet vasitəsi ilə “qəhrəmanlıq” nümayiş etdirməyə başlayıb.

O, xeyli vaxtdır ki, sosial şəbəkələrdə Azərbaycan prezidenti İlham Əliyev və ailəsi haqqında təhqiramiz sözlər yazır, aşağılayıcı fikirlər, söyüşlər yağdırır.

Bərdədən öz qohumları tərəfdən əxlaqsız hərəkətlərinə görə qovulan bu şəxs ölkədən getməsinin məsuliyyətini İ.Əliyev hakimiyyətinin üzərinə atmaqla siyasiləşdirməyə çalışır.

O, gah prezidentin, gah xanımının, gah da Ümummilli liderin barəsində təhqirlər yağdırır.

Bu günlərdə isə onun prezident və ailəsi barədə təhqirləri Bərdədə yaşayan yaxınlarına agah olub. Onlar “mühacir” Piriyevin çıxışlarından qəzəblənərək onu ifşa ediblər.

Yutub sosial şəbəkəsində çıxışları yayılan qohumlar Piriyevi rüsvay edərək gerçək iç üzünü açıblar.

Onun əmisi oğlu Nadim, əmisi, rayonun Qaradağlı kənd sakini Tahir və ona himayədarlıq etmiş, atalı eləmiş Güloğlar kənd sakini Ələkbərin video çıxışları yayılıb.

Həmin video kadrlarda R.Piriyevə qəzəbli söyüşlər ünvanlandığı üçün bir media qurumu olaraq öncədən oxuculardan üzr istəyirik.

Onun qohumları çıxışlarında bildiriblər ki, Piriyev dövlətçiliyə qarşı çıxaraq başından böyük qələt edib.

Yaxınları bəyan ediblər ki, Rafael kənd yerində nəslin adını batıran hərəkətlərə yol verib. Ona görə də camaatın içərisində daha artıq biabır olmamaq üçün onu kənddən qovublar.

Bu vəziyyətdən sui-istifadə edən Piriyev isə Bərdədə yaşamağa üzü olmadığını anlayıb xaricə qaçmağa qərar verib.

Avropaya özünü siyasi mühacir kimi sırıyan bu adam indi özünü sığortalamaq, Azərbaycanda siyasi təqibə məruz qaldığını sübuta yetirmək min bir oyunlara əl atır.

Özünü kənddə axırıncı yola qoymuş Rafael axırıncı yolunu Avropada da davam etdirir. Belə ki, prezidenti və ailəsini təhqir edən Piriyev erməni lobbisinin təsiri, maliyyəsi ilə Azərbaycan dövlətinə qarşı çıxışlar etməkdədir.

Qohumları video çıxışında R.Piriyevi vətən xaini, binamus, şərəfsiz adlandırıblar. Onlar Rafaelə kənddə başına gələnləri, xəstəxanaya nə üçün apardıqlarını xatırladıblar.

Bu hadisələrə detallı və açıq söyüşlərlə deyildiyi üçün etika naminə oxucuların nəzərinə çatdıra bilmirik. Ancaq Piriyevi ifşa ediblər və mühacir olmadığını faş eləyiblər.

Bununla da məlum olub ki, Avropaya qaçaraq erməni lobbisini xidmət edən daha bir “mühacir”in özünü siyasi hakimiyyətin təzyiqlərindən ölkəni tərk etmiş biri kimi təqdim etmək cəhdi iflasa uğrayıb.

 

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …