Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Qənirə Paşayeva əleyhdarlarına HİDDƏTLƏNDİ: “Allah sizə ağıl versin!”

Qənirə Paşayeva əleyhdarlarına HİDDƏTLƏNDİ: “Allah sizə ağıl versin!”

“Bir az əvvəl İzmirdə Xocalı soyqırımı tədbiri sonrası dostlar mənə əlehimə bəzi “mənbə”lərin başlatdığı şər-böhtan, qara piar kampaniyası haqqında yazılar göstərdi. Nə deyim… Allah sizə ağıl versin. O qədər ağılsızsınız ki ağıllı, məntiqli bir qaralama kampaniyası da düşünə bilmirsiniz”

Bu sözləri millət vəkili Qənirə Paşayeva özünə qarşı aparılan “qara piar” kampaniyasına münasibət bildirərkən deyib.

Xatırladaq ki, dünən bəzi saytlar və sosial şəbəkə istifadəçiləri Qənirə Paşayevanın Avropada mühacirətdə yaşayan və Azərbaycan iqtidarına qarşı mütəmadi çıxışlar edən videoblogger Orduxan Teymurxanla birgə şəklini yayaraq, deputatı haqqında bəzi ittihamlarla çıxış ediblər.

Qənirə Paşayeva isə həmin şəxslərə belə cavab verib:

“Nə zaman işğalçı Ermənistanla, separatçılarla, qardaş Türkiyəyə qarşı olan terrorçu təşkilatlarla bağlı sərt açıqlamalarım geniş yayılır, onda əlehimə hansısa mənbələrin təbliğatı, şər-böhtan kampaniyası da başlayır. Və ya bəzi kimliyini bildiyim şəxslərin mənə bəlli səbəblərdən dolayı yandaşları vasitəsilə əleyhimə bu cür şər-böhtanları yayma fəaliyyəti.

Adınızı açıqlamaq o qədər çətin deyil. Sadəcə, adınızı yazmama belə layiq deyilsiniz. Mən Türk qızıyam. Allahdan belə qorxmadan şər-böhtan, yalanla məşğul olanlardan və onların anti-təbliğatlarından qorxsaydım illərlə Dövlətim, Vətənim və Millətim üçün mübarizə apara bilməzdim. Çünki illərdir bu cür yalanlarla, şər-böhtanlarla mənə təsir etmək istəyənlər az olmadı.

Avropa Şurasında xeyli zaman əvvəl iclasa tələsərkən bir azərbaycanlının sizinlə foto çəkdirəcəm deyərək, qəfil kənardan çəkdiyi bir selfi fotosunu və elə o fotoda onun necə bir şəraitdə çəkildiyini görmək mümkün olduğu halda, ağlına gələni yazaraq, guya, mənim əleyhimə təbliğat aparmaq düşüncəsinə düşənlərə sadəcə bunu söyləmək istəyirəm: Millətimiz hər şeyi yaxşı görür və bilir. Hər hansı tədbirlərdə bizə yaxınlaşaraq, foto çəkdirmək istəyən bəzən onlarla soydaşımızdan orada kimliyini sorğulamağın mümkünsüzlüyünü də… Onların hamısını tanımağın, nə ilə məşğul olduğunu araşdırmağın imkansızlığını da… Və ya kənardan yaxınlaşaraq qəfil sizinlə uzaqdan bir selfi kadrı çəkən insanla bağlı araşdırma aparmağın mümkunsüzlüyünü də… Özünüzü bu qədər gülünc yerinə qoymayın”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …