Ana səhifə / Dünya / Prezidentliyə qadın namizə Jirinovskinin dərsini belə verdi  (VİDEO)

Prezidentliyə qadın namizə Jirinovskinin dərsini belə verdi  (VİDEO)

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbrə görə, Rusiya Federasiyasının prezidentliyinə namizəd Kseniya Sobçak «Rossiya 1» telekanalında debatlar zamanı Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskini bir stəkan su ilə «çimizdirib».

Namizədlər arasında qalmaqal daha bir namizədin – Sergey Baburinin çıxışı zamanı baş serib. Jirinovski Baburinə ayrılmıış vaxtda onun çıxışına müdaxilə edib. Sobçak Jirinovskini sakitləşməyə çağırıb. Cavabında LDP lideri onu «dura» (səfeh) adlandırıb.

«Bazar qızlarını küçədən tutub bura gətirmək lazım deyil. Bütün bunlar hamısı çirkabdır. «Dom-2» – bu, pozğunluqdur. Qoy, ağzını yumsun!» – deyə, Jirinovski Sobçakı təhqir edib.

««Dom -2»-nin iştirakçıları özlərini sizdən tərbiyəli aparırlar» – Sobçak cavab verib.

Jirinovski Sobçakın ünvanına təhqirlər yağdırıb. Bundan sonra qadın Jirinovskinin sifətinə bir stəkan su çırpıb.
«Özünüzü ləyaqətli aparın. Mən, elə sizin öz üsulunuzdan istifadə edirəm» – Sobçak bildirib. Bunun ardınca Jirinovski efirdən söyüşlər yağdırmağa başlayıb.

Bizdən Sobçaka məsləhət: Novbəti debata özünüzlə bir bütılka «məişət çirkabı» götürün, lazım olar…

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …