Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Muğanbank”dan özünü yandıran kişi ilə bağlı daha bir AÇIQLAMA

“Muğanbank”dan özünü yandıran kişi ilə bağlı daha bir AÇIQLAMA

Kütləvi İnformasiya Vasitələrində 23.11.2015 – ci il tarixdə “Muğanbank”ASC-nin Binəqədi filialının qarşısında Hüseynov Malik Abbas oğlu adlı şəxsin özünü yandırması ilə bağlı  məlumat gedib. 

Məlumatda Hüseynov Malik Abbas oğlu adlı şəxsin bankdan pul götürərək avtomobil aldığı, pulu ödəyə bilmədiyi və avtomobilin bankın təqdimatı ilə polis tərəfindən müsadirə olunduğu bildirilir.

“Muğanbank”ASC-dən Mia.az-a verilən məlumata görə, nəinki Binəqədi filialında, ümumiyyətlə “Muğanbank” ASC-də Hüseynov Malik Abbas oğlu adlı müştəri yoxdur və bank tərəfindən DYP –yə Hüseynov Malik Abbas oğluna məxsus avtomobilin saxlanılmasına dair müraciət olunmayıb.

mia.az

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın