Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Milli Məclisində 4 yeni komitə yaradılır, 3-nün isə adı dəyişdirilir – Siyahı

Milli Məclisində 4 yeni komitə yaradılır, 3-nün isə adı dəyişdirilir – Siyahı

Azərbaycan Milli Məclisində 4 yeni komitə yaradılması ilə bağlı qanun layihəsi var.

APA-nın əldə etdiyi məlumata görə, parlamentdə Səhiyyə, Ailə, qadın, uşaq məsələləri, Gənclər və idman, İctimai birliklər və dini qurumlar komitələri yaradılır.

Həmçinin Müdafiə və təhlükəsizlik məsələləri komitəsi Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İqtisadi siyasət komitəsi İqtisadi siyasət, sənaye və sahibkarlıq, Sosial siyasət komitəsi isə Əmək və sosial siyasət komitəsi adlandırılacaq.

Beləliklə, V çağırış Milli Məclisdə 16 komitənin fəaliyyət göstərməsi nəzərdə tutulur.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın