Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Elzanın “Bığ”ını Türkiyədə bəyəndilər – VİDEO

Elzanın “Bığ”ını Türkiyədə bəyəndilər – VİDEO

Bəstəkar-müğənni Elza Seyidcahan Türkiyədə səfərdədir.
Bu barədə musavat.com-a məlumat verən əməkdar artist bildirib ki, bu səfəri Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) və Türkiyə Elm və Ədəbiyyat Əsər Sahibləri Birliyinin (İLESAM) birgə təşkil etdiyi “Bir millət iki dövlət” layihəsi çərçivəsində baş tutub:“Layihə Ankarada həyata keçirildi və TRT-AVAZ vasitəsi ilə canlı olaraq yayımlandı. Layihədə iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində Bəstəkarlar İttifaqının sədri Firəngiz Əliadə, onun katibi Sərdar Fərəcov, Cavanşir Quliyev, Həsən Adıgözəlzadə, Cəlal Abbasov iştirak edirdi.
Proqramda musiqisi mənə, sözləri Əkrəm Yalbuza məxsus olan “Qoy sinəm üstə” əsərim səsləndi. Bu mahnını hamı durmadan oxuyurdu. Əsər qısa vaxt ərzində hitə çevrildi.
Konsertin sonunda Türkiyənin mədəniyyət naziri Yalçın Topçu bizimlə birgə popurilər oxudu, iştirakçılara dəyərli mükafatlar təqdim olundu. Qeyd edim ki, bu cür layihə ilk dəfə idi ki, həyata keçirilir və bu, bütün qardaş türk ölkələrində davam edəcək. Çox xoşbəxtəm ki, azərbaycanlı bəstəkar kimi bu layihədə var oldum. Fəxr edirəm ki, azərbaycanlılyam”.
Əməkdar artist layihə çərçivəsində önəmli tədbir və görüşlərdə iştirak etidiyini və tədbilərin birində özünün  “Bığ” şeirini təqdim etdiyini deyib: “Səfər çərçivəsində Atatürkün qəbrini, Məhmət Akifin ev muzeyini ziyarət etdik, Türkiyəinin Qazaxıstan səfirliyində kitab təqdimatında, Azərbaycan səfirliyində, TÜRKSOY-un prezidenti ilə görüşdə olduq. Həmin tədbirlərin birində “Bığ” şeirimi oxudum. Şeir böyük alqışlara səbəb oldu”.
Xatırladaq ki, Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) və Türkiyə Elm və Ədəbiyyat Əsər Sahibləri Birliyinin (İLESAM) birgə təşkil etidiyi “6 bəstəkar və 6 şair” birgə layihəsi əsasında keçirilən konsert proqramı ilk olaraq oktyabrın 16-da Bakıda Muğam Mərkəzində keçirilmişdi. Layihə əsasında türk bəstəkarları Faruk Şahin, Zekai Tuncay, Pinar Göksal, Ugur Top, Özgen Gürbüz və Yaşar Bedük Azərbaycan poeziyasının görkəmli nümayəndələri Rəsul Rza, Nigar Rəfibəyli, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəriman Həsənzadə və Zəlimxan Yaqubun şeirlərinə mahnılar bəstələyiblər.
Öz növbəsində Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış simalarından olan Firəngiz Əlizadə, Cəlal Abbasov, Cavanşir Quliyev, Həsənağa Adıgözəlzadə, Sərdar Fərəcov və Elza Seyidcahan isə Durmuş Kaya, Nedim Ucar, Serdar Öncül, Sevinc Atan, Sevim Yakıcı və Əkrəm Yalbuzun şeirlərinə musiqi bəstələyiblər.

Həmçinin oxuyun

Agentlik İsgəndər Mahmudovun şirkəti ilə yarım milyonluq müqavilə imzaladı – Sanksiya siyahısındadır

Azərbaycan Dövlət Turizm Agentliyi Rusiyanın “OOO Aeroekspress Media” şirkəti ilə satınalma müqaviləsi imzalayıb. Bir mənbədən satınalma …

Bir cavab yazın