Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Mən Türkiyənin yanındayam!

Mən Türkiyənin yanındayam!

Son günlər Türkiyə- Rusiya dövlətləri arasındakı kritik münasibət cəmiyyətimizdə birmənalı qarşılanmır. Rusiya Türkiyəni “arxadan zərbə” vurmaqla, namərdliklə suçlayır, Türkiyəni psixoloji hədələrlə təhdid edir, onu “qadağalarla” pis durumda qoyacağı barədə mesajlar verir.
Azərbaycanda isə bəzi ziyalılar şəhidlərimizin ruhuna əzab verən, Şuşanın, Xocalının, Kəlbəcərin işğalında işğalçı tərəfin yanında olan Rusiyanı haqlı sayır, Türkiyənin Rusiyadan üzr istəməsi haqda fikirlər söyləyirlər. Təəssüf, çox təəssüf…
Bu gün, təkcə Azərbaycan yox, bütün Türk Dünyası Türkiyənin yanında olmalıdır. Əlimizdən bir şey gəlməsə də, heç olmasa mənəvi dəstək verməyi bacarmalıyıq.
Məlum hadisəni şişirtməyə heç bir əsas yoxdur. Beynəlxalq hüququn prinsipləri daxilində, həmin prinsiplərin tələbləri konteksində məsələ həllini tapmalıdır.
Bu gün Rusiya, Suriya – Türkiyə sərhədində İŞİD-i yox, dinc türkmənləri bombalayır, indi də quruda döyüşə başlamağı təklif edir. Məqsəd Bəşər Əsəd rejimini saxlamaq, ondan faydalanmaqdır.
Türkiyə haqlı olaraq sərhəddini ayıq-sayıq qorumaqla qürur duyur. Mən bir azəri türkü kimi onların yanındayam. Türkiyənin gücü Azərbaycanın gücüdür. Azərbaycan beynəlxalq aləmdə Türkiyəyə söykənərək irəliləyir. Əziz həmvətənlər! Siyasi və diplomatik sayğacda səhv etmək limitimiz artıq bitib.
Qənaətim belədir ki, Türkiyəni müdafiə etməyimiz zamanın diqtəsidir. Rusiyanın müharibə etməyə cəsarəti yetərincə deyil. O çeçenlərlə və “qardaş” saydığı Ukrayna ilə müharibədə əldən düşüb, tətbiq edilən iqtisadi sanksiyalarla çabalayır. Müharibə etsə belə çox səhv etmiş olar. Çünki, NATO, Qərb, ABŞ Türkiyə ilə həmrəydirlər.

Şəmsəddin Əliyev “Polisə Dəstək” İB-nin sədri

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın