Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Elmar Vəliyev müavinini işdən azad etdi

Elmar Vəliyev müavinini işdən azad etdi

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Naqif Həmzəyev vəzifəsindən azad olunub.

Azinforum.az “Report”a istinadən xəbər verir ki, onun vəzifədən çıxarılması haqqında əmri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev imzalayıb. Naqif Həmzəyevin yerinə təyinat olmayıb və hazırda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsi boşdur.

Qeyd edək ki,1983-cü il təvəllüdlü N.Həmzəyev 2015-ci ilin martın 19-dan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilmişdi. O, noyabrın 1-də keçirilən parlament seçkilərində Gəncənin 38-saylı Nizami birinci seçki dairəsindən deputat seçilib. Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edir. Qanunvericiliyə görə, Milli Məclisin deputatı icra hakimiyyəti strukturunda vəzifə tuta bilməz.

Naqif Həmzəyev YAP-ın Gəncə şəhər təşkilatının sədridir.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın