Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Fərəc Kərimliyə 6 il 6 ay iş verildi

Fərəc Kərimliyə 6 il 6 ay iş verildi

Müsavat başqanının həbsdə olan müavini Fərəc Kərimli 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Başqan müavini son söz deməkdən imtina edərək yalnız bunu deyib: “Qanunların ayaq altına atıldığı məhkəmədə son söz demək sifariş verənlər üçün şərəf olar”.

Qeyd edək ki, aprelin 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı Fərəc Kərimlinin 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəmişdi.

F. Kərimli Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma) maddəsinə əsasən ittiham edilir.

Müdafiə tərəfi ittihamı əsassız sayır. Fərəc Kərimlinin siyasi sifarişlə həbs olunduğunu bildirir.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın