Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Medvedev birbaşa Azərbaycan məhsullarına aid olan sərəncam imzaladı

Medvedev birbaşa Azərbaycan məhsullarına aid olan sərəncam imzaladı

Rusiyanın baş naziri Dmitri Medvedev Azərbaycan Gömrük Xidməti ilə bir sıra məhsullara gömrük nəzarətinin qarşılıqlı tanınması barədə protokolun qəbul edilməsinə dair danışıqlar aparılması haqqında Rusiya Federal Gömrük Xidmətinin təklifini təsdiqləyən sərəncam imzalayıb.

Belə ki, Rusiya hökumətinin rəsmi saytında yerləşdirilmiş sərəncama görə, danışıqlar Azərbaycandan Rusiyaya gətirilən meyvə və tərəvəz, gül, göyərti, bitkilər və bu məhsulların emalından əldə olunan mallar və digər ərzaq məhsullarının yalnız Azərbaycan Gömrük Xidməti tərəfindən yoxlanılmaqla Rusiya ərazisinə keçirilməsinə imkan verən protokolun imzalanması üçün aparılacaq.

Protokolun imzalanması bir sıra məhsulların Azərbaycan-Rusiya dövlət sərhədindən keçirilməsinin sürətləndirilməsinə, eləcə də gömrük nəzarətinin səmərəliliyinin artırılmasına və Azərbaycanla Rusiya arasında ticarət əlaqələrinin inkişafına kömək edəcək.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın